Xalların Götürülməsində Diqqət Etməli Olduğunuz Məqamlar

Bəzi insanlar bədəninin müxtəlif nahiyələrindəki, əsasən də üzdəki xallara görə özlərinə kompleks yaradır. Buna baxmayaraq onlar xalların götürülməsi prosesindən çəkinirlər və bu riskə girmək istəmirlər. Daha böyük problemlərin yaranmağından ehtiyat edən şəxslər nəzərə almalıdır ki xalların götürülməsi təhlükəsiz bir prosedurdur və burada ehtiyat ediləcək heç bir amil yoxdur. Xallar sadəcə dəri törəmələridir və onların xoş və ya bədxassəli olmaları bu faktı dəyişmir. Bu o deməkdir ki, siz hər bir dəri törəməsini götüzdürə bilərsiniz , o halda ki bu törəmənin götürülməsi riskli deyil. Xallar dondurularaq, lazerlə və ya cərrahi yolla götürülür və insanlar artığ bir neçə gün sonra əvvəlki aktiv həyatına davam edə bilir. Bu prosesdə ehtiyat olunacaq heç bir məqam yoxdur, ancaq siz əmin olmalısınız ki xalların diaqnostikası düzgün qoyulub və həkiminiz sizə bu presuduru həyata keçirtmək üçün müsbət rəy verib.

Xal nədir və necə yaranır?

Xallar bədənin müxtəlif hissələrində rast gəlinən, əsasən qəhvəyi rəngdə, oval, ya da yumru şəkildə olan nöqtələrdir. Bu kiçik ölçülü nöqtələr dərinin rəngini təmin edən maddə olan dəridə melanositlərin artması nəticəsində meydana gəlir. İnsanlarda xallar genetik olaraq müəyyən olunur, və yaranır. Xalların bəziləri anadangəlmə mövcud olur, bəziləri isə sonradan əmələ gəlir. Xüsusilə gənc yaşlarda xalların sayı daha çox artır. Amma insanın yaşadığı müddətcə xalların yaranması və ya yoxa çıxması təbii haldır. Bəzi instanlar xallarına görə narahat olur və onların müalicəsi və ya silinməsi ilə bağlı həkimlərə_kosmetoloqlara müraciət edir. Hal hazırda xalların götürülməsi çox aktual bir haldır və bir çox insan bu xidmətlərdən yararlanır.Müalicə üsullarını müzakirə etməzdən əvvəl,gəlin xalların növləri haqqında qısa məlumat verək və daha sonra xallarının götürülməsi mövzusunda daha ətraflı danışaq.

Xallar aşağıdakı kimi sıralanır: 

  • Sərhəd xalları – Ölçü cəhətdən çox da böyük olmayan, daha çox tünd rəngli olan və biraz da qabarıq formalı xallardır. Bədənin bütün hissələrində yaranma ehtimalları var.
  • İntradermal xallar – Bu növə əsasən yaşlı insanlarda rast gəlinən bütün xallar aid edilir. 
  • Qalo xallar – Dəridə solğun hissələrlə əhatə olunmuş xallar belə adlanır. Xalın ətrafında belə bir solğun hissənin yaranması bir qayda olaraq zərərsiz dəyişiklikdir və təhlükədən xəbər vermir
  • Nevo-hüceyrə xalları – Tünd narıncı-qəhvəyi rəngdə olub , kifayət qədər dərinin üzərində qabarıq şəkildə özünü biruzə verən xallardır. Xaldan bəzən tük kökləri də yetişə bilir. Bu tip xallar adətən yeniyetmə yaşlarında yaranır və altmış yaşına kimi dəridən öz başına yox olurlar. Əgər xalın yeri ağrayırsa və ya qaşınma halları ilə üz-üzə qalırsınızsa bu zaman mütləq dermotoloqa müraciət etməyinizə gərək var,
  • Monqol xallar – Əsasən körpələrin dərisində əmələ gələn böyük mavi rəngli hissələr də xalların bir növü sayılır. Bunlara nadir hallarda rast gəlinir. Təqribən beş yaşa qədər həmin xallar bədəndən yox olub gedir.
  • Lentiqo adlandırılan ləkələr vardır ki onlar xal hesab olunmur lakin ölçüləri iki santimetrdən çoxdursa və üz nahiyəsindədirsə həkimə müraciət etmək lazımdır.

Xalların Götürülməsi Prosesindən əvvəl Onların Təhlükəli Olub-Olmadığına Əmin Olun

xalların götürülməsi

Xalların təhlükəliliyini müəyyənləşdirmək üçün müəyyən edilmiş qaydalar var. ABCD kimi sıralanmış qaydalar aşağıdaki kimidir:

A: Asimetri – xalın bir tərəfi o biri tərəfindən fərqlənirsə, həm rəng, həm də ölçü olaraq.

B: Border -xalın kənarlarının səliqəsiz formada olması, yəni ki girintili-çıxıntılı olması.

C: Color -xalın müxtəlif rənglərdə olması , ağ, qırmızı, bənövşəyi qəhvəyi, kimi rəng çalarlarının iki və daha çoxunun bir xal üzərində müşahidə olunması

D: Diametr –xalın diametrinin 6 millimetrdən böyük olması.

Əgər sizin də, ABCD kimi sıralanan bu xüsusiyyətlərlə uyğun gələn xalınız varsa, mütləq həkim-dermotoloqa müraciət edib, yoxlanışdan keçməlisiniz.

Elektrokoter Mualicəsi

Koter cihazının adı lazer qədər məşhur olmamasına baxmayaraq, tibb sahəsində lazer qədər, hətta lazerdən daha çox istifadə olunur. Koter cihazının iş prinsipi elektrik enerjisini istilik enerjisinə çevirməkdir. Yüksək istilik dərəcəsi nəticəsində həkimlər onları əməliyyatlarda neştər əvəzinə istifadə edirlər . Nıticıdı koter cihazı dəriyə təmas etdiyi zaman o nahiyyədə olan dərinin tədricən yox olmasına şərait yaradır. Nəzərinizə çatdırım ki ,bu üsul, bir çox dövlət xəstəxanalarında xalların götürülməsi prosesini həyata keçirmək üçün tez-tez istifadə olunur.

Plazma Müalicəsi

Xalların götürülməsi üçün başqa bir metod da plazma müalicəsidir. Bu müalicə xüsusi plazma cihazının köməyi ilə tətbiq edilir. Plazma metodu ilə xalların götürülməsi üçün bir çox fərqli cihazlar mövcuddurlakin o cihazların hər birinin verdiyi nəticə demək olar ki eynidir. Plazma cihazı dəriyə yaxınlaşdırılır və dəri ilə cihaz arasında qalan hava kütləsini ionlaşdıraraq plazma yaranmasını təmin edir. Bu proses nəticəsində dəri incə qatlar şəklində yoxa çıxmağa başlayır. Cihazın bu təsirinə görə dəridə iz qalma riski olduqca azdır.Əsasən xalları ilə mübarizə aparan instanların bu üsulu seçməyinin əsas səbəbi də elə budur. Plazma metodu çox effektiv nəticə göstərən bir üsuldur. Nəzərə alın ki bu üsul yalnızca qabarıq olmayan xallar üçün nəzərdə tutulub. Yəni, ət xalları və daha qabarıq ölçüyə malik olan xalların götürülməsi plazma metodu ilə qeyri-mümkündür.

Radiofrekans Müalicəsi

Qeyd etdik ki ,yuxarıda göstərilmiş üsullar qabarıq xalların götürülməsi üçün effektiv deyil. Bəs hansı müalicə üsulu qabarıq və ya ət xallarının müalicəsində istifadə oluna bilər. Radiofrekans Müalicə üsulu aktual olaraq istifadə edilən və insanların effektiv nəticələr əldə etdiyi ət xalı müalicəsi üsuludur. Bu üsul çox praktik, ağrısız, dəridə iz qoymayan bir üsuldur. Sırf buna görə də həm kasmetoloqların həm də dəri həkimlərinin məsləhət gördüyü bir müalicə metodudur. Xalların götürülməsi prosesi eynilə koter və plazma müalicə üsullarında olduğu kimidir. Ancaq fərqli cəhəti radiofrekans cihazının daha effektiv bir gücə sahib olmasındadır. Bu cihazın iş prinsipi radiofrekans dalğalarını istilik enerjisinə çevirməyə əsaslanır. Baxmayaraq ki radiofrekans cihazı çox güclü təsirə malikdir, cihaz olduqca həssas bir şəkildə tənzimlənir.

Belə ki, radiofrekans cihazı hər bir ət xalı üçün müxtəlif parametrlərdə işləmək imkanı yaradır. Bundan əlavə, həssas tənzimlənmə xüsusiyyətinə görə dəridə iz qalma riskini də tamamilə ortadan qaldırır və ya minimum həddə endirir. Nəticədə, insanlar gözəlliklərini bərpa etməkdə çox da çətinlik çəkmirlər. Dərinin çox incə qatlarını belə radiofrekans cihazı vasitəsi ilə buxarlaşdırmaq mümkündür. Sizin ət xalınızın ölçüsündən aslı olmayaraq ,buxarlaşdırma proseduru gerçəkləşdırilə bilər.

xalların götürülməsi

Dəridə iz qalma və çuxur yaranma riskini minimuma endirmək üçün radiofrekans müalicə üsulunda dəriyə olduqca incə təbəqələr halında buxarlaşdırma aparılır. Bununla nəticəsində bəzi xallar və ləkələrin dəridə iz qoyma ehtimalları yaranır . Əgər dərinizin əvvəlki halına qayıtma prosesi gözləniləndən uzun müddət tələb etsə, siz mezoterapiyadan faydalana bilərsiniz.Lakin bu hallarda əlavə seanslara gedərək o ləkələri də tam olaraq sildirmək mümkündür. Nəzərə alın ki, müalicə almadan əvvəl mütləq diaqnostika üçün həkimlə əlaqə saxlamalı və ət xalınızın tam olaraq ziyansız və xoşxassəli olduöuna əmin olmalısınız. Əks halda bu üsullardan istifadə etməyiniz məqsədə uyğun deyil.

Krioterapiya (Dondurma)

Krioterapiya və ya dondurma müalicəsi, ümumən, dermatologiya ekspertləri tərəfindən tətbiq olunan bir üsuldur. Xalların götürülməsi üçün effektiv müalicə metodlarından biri hesab olunur. Bu müalicənin əsas məqsədi, adından da anladığımız kimi qabarıq olan xalların soyudularaq dondurulmasıdır.

Dondurma müalicə üsulunun tətbiqində xal mənfi altmış dərəcyə qədər dondurulur. Bu prosesi reallaşdırmaq üçün maye azot istifadə edilir_Bu yolla dərinin protein dəyəri dəyişdirilir və nəticədə xal toxuması çürüyərək dəridən qopur. Bu müalicə metodunu qanqren xəstəliyinə də bənzətmək mümkündür. Prosesin riskləri də mövcuddur çünki, Krioterapiya zamanı cihazın nə qədər dərinə təsir göstərəcəyi tam olaraq hesablana bilmir və nəticədə dəridəki sağlam toxumaların da zədələnmə ehtimalı yarana bilir.

Sonda 

Əgər sizin də görünüşündən narahat olduğunuz və kompleksə səbəb olan xalınız varsa xalların götürülməsi prosesində peşıkarlaşmış kosmetoloqlara və dəri həkimlərinə müraciət edin. Müraciət etdikdən sonra ilkin diaqnoz qoyulana qədər, çalışın öz başınıza xala toxunmayın və həkimin razılığı olmadan bu xallardan qurtulmağa çalışmayın. Əks halda daha pis nəticələrlə qarşılaşa bilərsiniz. 

Şərh yaz