Radio Frequency – RF Lifting: Hamar Dərinin Açarı

Dünyada elə bir qadın ola bilməz ki, hər zaman cavan və gözəl qalan bədənə sahib olmaq istəməsin. Elə buna nail olmağa kömək edən RF Lifting demək olar ki, sizin arzuladığınız gözəl və incə bədənə, düz qamətə və hamar dəriyə sahib olmağınıza zəmanət verir. Aydın məsələdir ki, yaşından asılı olmayaraq bir çox qadın nəzərə çarpacaq dərəcədə baxımlı olmağa çalışır. Demək olar ki, qadınların çoxu müxtəlif kosmetik vasitələrdən istifadə edir. Haqqında bəhs edəcəyim kosmetik prosedurun isə sizə çox faydası toxunacaq.

Radio Frequency Lifting nədir?

RF Liftinq dərinin dartılması yolu ilə onun qırışlardan, sellülitdən azad olunmasına kömək edən bir kosmetoloji vasitədir. Bu kosmetik prosedur qeyri-cərrahiyyə üsulu ilə həyata keçirilir. RF Liftinqin dərinin cavan qalmasında Biorevitalizasiya qədər əvəzedilməz rolu var. RF Liftinq prosedurunu həyata keçirərkən ultrasəs dalğalar Radio Frequency yəni radio tezlik adlanan cihazın elektrodlarından çıxır. Bu şüalar birbaşa dəriyə təsir edir və öz növbəsində, dərinin dərin qatlarında yerləşən toxumaları qızdırır. Bu proses həyata keçirilən müddətdə kollagen və elastinin istehsalını stimullaşdırır. Stimullaşdırılan kollagen isə dərinin yağlardan və artıq piylərdən hətta sellülitdən qurtulmasına kömək edir.

RF Lifting prosesi çox təhlükəsiz kosmetik prosedur hesab olunur. Sadəcə nəzərə almağınız vacib olduğu məqam odur ki pilinqdən fərqli olaraq RF Liftinq edən zaman adi dərəcədən orta dərəcəyə qədər ağrı hiss etməyiniz mümkündür. RF dəri dartma prosesi müalicədən sonra heç bir xüsusi qayğı tələb etmir.

RF Lifting keçirilmə prosesi 

RF Liftinq dəri dartma prosesinin xüsusi yerinə yetirilmə yolu var. Bu zaman dərinizin alt qatı və ya epidermisin altında yerləşən toxuma radio tezlik vasitəsilə hədəf olaraq götürülür. Tezlik təxminən 0.3 və 10 MHz olur.Temperatur isə 38 və ya 40 dərəcə arasında dəyişir. Sonra cihazdan göndərilən cərəyanlar dərinin alt qatına daxil olur. Bir çox mütəxəssislər deyirlər ki, istiliyin bu dərəcədə olmasından asılı olmayaraq, peşəkar həkim nəzarəti altında heç nədən qorxmaya bilərsiniz. Bu prosedur fibroplazmanı da qıcıqlandırır. Hansı ki, bu prosesdə bədən yeni toxuma formalaşdırır və öz növbəsində kollagenin istehsal olunmasını təmin edir. Kollagen fiberlər bu zaman daha qısa və daha gərgin olur. Kollagenin əmələ gəlməsində mühüm rolu olan molekullar zədəsiz qalır. Dərinin elastikliyi artır və sallanan dəri dartılır. Dəri müalicə proseduru keçirilərkən ilk öncə az da olsa qızarır. Müalicədən sonra isə dəri səthində yaranan qızartı keçib gedir.

RF Liftinq proseduru bütün dəri rəngləri və tipləri üçün uyğun hesab olunur. İnsanı sakitləşdirmə gücünə malikdir. Hətta prosedur həyata keçirilərkən yata da bilərsiniz. Yaşınızdan və dərinizin vəziyyətindən asılı olaraq bu üsuldan həftədə bir və ya iki dəfə keçməyiniz tövsiyə olunur. Müalicədən beş və yaxud iyirmi prosedura qədər ildə bir və ya iki dövr keçməyiniz mümkündür.

Müraciət edən müştərilər dəri dartılma prosedurunun effektini müalicədən dərhal sonra hiss edirlər. Bəzi xəstələr isə nəticələri ilk müalicədən altı ay sonra görə bilər və ya müvafiq bir effekin alınması üçün bir neçə prosedurdan keçə bilər. Ümumiyyətlə, dəriyə düzgün qulluq edildiyi zaman nəticələr iki və ya üç ilədək qalıcı ola bilər.

Prosedurdan sonra günəş şüalarının təsiri altında olmaq, isti vanna qəbul etmək, həmçinin, saunaya da getmək tövsiyə olunmur. Göstərilən və həkimin etdiyi tövsiyələrə əməl etdiyiniz halda təxminən iki il ərzində effekti görməyiniz mümkündür.

Orbital dəri dartılması 

rf lifting

RF Liftinq göz qapaqlarının üzərinə tətbiq oluna bilər. Bu zaman göz qapaqlarının üzərindəki qırışlar və ya sallanmalar aradan qaldırılır. İynəsiz olan prosedur zamanı gözlər radio tezlik şüalardan xüsusi linzalar vasitəsilə qorunur. Bəzi hallarda isə orbital bölgəyə anesteziya yeridilə bilər.

Şüalar gözlərin ətrafına təsir edən zaman hər hansı bir mənfi təsirinin olması demək olar ki, sıfıra bərabərdir. Xəstələr RF Liftinq prosedurundan sonra, dərhal adi dərəcədən orta dərəcəyə qədər göz qapağında dəridə dartılmanın olmasının əlamətlərini hiss edə bilər.

Alın və Qaşlarda dəri dartılması

Bu prosedur qaş hissələrin dartılmasına kömək edir. Prosedur dərini dartır və bunun vasitəsilə qaşlar da gözlərin mərkəzindən kənara dartılmış olur. Prosedur qaşların daha iti və təbii görünməsinə kömək edir.

Yanaqların dartılması

RF müalicəsi yanaqlarda dəri sallanmasının qarşısını botoks qədər ala bilər. Müalicədən sonra yanaqların altında yerləşən sallanmalar aradan qalxar. Yanaqlarda radio tezlik vasitəsilə dəri dartılması bütün dəri növləri üçün eyni dərəcədə effektiv təsirə malikdir. Tədqiqatlar da göstərir ki, 96% xəstələrin çoxu bu prosedurdan sonra yanaqlarda və boyunda dərinin dartılmasının şahidi olublar.

Bədəndə dərinin radio tezlik vasitəsilə dartılması

Bu prosedur Mezoterapiya proseduru kimi nəinki üz üçün, həm də bədənə də tətbiq olunur. Bu hissələrə boyun, qarın, qollar, ombalar, dizlər və budlar üçün daxil edilə bilər. Bəzi hallarda isə xəstələr dəri dartılması və qırışların aradan qaldırılması proseduruna əlavə olaraq, bədənin artıq yağdan qurtulması üçün lazım olan müəyyən prosedurlardan keçməli ola bilər.

Boyunda dəri dartılması prosedurunun tətbiq edilməsi radio tezlik cihazının daha aşağı temperaturda işləməsini tələb edir. Bu da boyunun dərisinin bədənin digər nahiyələrinin dərisindən nazik olması ilə izah olunur.

Qarın nahiyəsi, budlar və ombalar-RF Liftinq müalicə proseduru bədənin bu nahiyələri üçün çox effektiv bədən kontoru metodudur. Həmçinin, hamiləlikdən sonrakı dövrdə qarın hissədə dərinin sallanmasının qarşısının alınmasında çox güclü təsirə malikdir.

Qol- qolda olan artıq dəri dartıla bilər. Lakin tam effektiv nəticəyə nail olmaq üçün bir neçə prosedurun həyata keçirilmə prosesinə ehtiyac ola bilər.

Dizlər-sallanan dəri bu hisssədə də dartıla bilər. Ancaq dəri həkimləri RF Liftinq prosedurunu tətbiq etməzdən əvvəl müəyyən prosedurlar tətbiq edirlər ki, dizlərdə olan nazik dəri zədələnmədən qorunsun.

RF liftinqin köməyilə dəri dartılması bədənin müəyyən edilmiş nahiyələrdə yəni qarında, budlarda, qollarda və ombada sellülitin meydana çıxma ehtimalını azaldır.

RF Liftinqin effekti 

RF və ya radio tezliklə liftinq dərinin daha təmiz olmasını və daha çox nəfəs almasını təmin edir. Bu tezlikdən çıxan dalğalar müalicə zamanı istifadə olunan məhlulların dərinin dərin qatlarına qədər gedib çıxmasına və hopmasına kömək edir. Kollagen, elastin və digər dəri üçün əhəmiyyətli hesab olunan bu məhlullar dərini nəmləndririr və qidalandırır. Qan dövranını yaxşılaşdırır, dərini hamarlaşdırır və parlaq olmasını təmin edir. Müalicə dərini zədələmir və prosedurdan sonra heç bir əlavə müalicəyə ehtiyac qalmır.

RF Liftinq proseduru aşağıdakı hallarda məsləhət görülür:

1.Artıq və sallanan dəri üçün

2.Üzdə ağızın, gözlərin və alının ətrafında meydana çıxan qırışlar olduğu halda

3.Çənə altında sallanan dəri olan zaman

4.Hamar olmayan dəri üçün

5.Doğuşdan sonra qarın nahiyədə əmələ gələn dəri sallanması zamanı

RF Liftinq Prosedurunun Faydası

1.Qırışların azalması

2.Kollagenin artmasının stimulyasıyası 

3.Hamar cavan dəri

4.Dərinin qocalmasının qarşısının azalması

5.Dərinin elastikliyinin artması

6.Dərinin elastikliyinin inkişaf etməsi 

RF Liftinq üsulundan yararlanmaq məsləhət görülmür:

1.Hamiləlik və ya uşaq əmizdirmə dövründə

2.Diabet xəstəliyi olarsa 

3.Ciddi ürək xəstəlikləri olarsa

4.Müalicə olunan nahiyələrdə yanıq və ya zədə olan zaman

5.Müalicə olan nahiyədə metal bir cisim olan halda

6.Virus, qızdırma və ya özünüzü pis hiss edərkən 

7.İstiliyə qarşı həssas olarkən

RF Liftinq proseduru evdə həyata keçirilə bilərmi?

Evdə olarkən RF Liftinq prosedurundan özünüz də yararlana bilərsiniz. Evdə istifadə oluna bilən bu cihaz sizin bədəninizi kontur etməyə, dərinizi səliqəyə salmağa kömək edə bilər. Lakin yaddan çıxartmayın ki, evdə işlədə biləcəyiniz bu aparat daha az güc sərf edir və siz nəticə etibarilə onu gündəlik və ya həftəlik işlətməli ola bilərsiniz.

Son olaraq 

Son olaraq bildirmək istərdim ki, kosmetologiya sahəsində göstərilən RF Lifting və digər gözəllik prosedurlarından yararlanmazdan əvvəl onlar haqqında yazılmış bloqları və ya məqalələri oxuyun. Hal-hazırda kosmetoloji xidmət göstərən müxtəlif gözəllik salonları və klinikalar var.Təbii ki, bir çox belə yerlər və mütəxəssislər sizə ağlasığmaz vədlər verə bilər. Ona görə də, ehtiyatlı olmaq və axtarış edib güvənilə biləcək bir yer və öz işinin peşəkarı olan mütəxəssis tapmaq lazımdır. Haqqında danışdığım prosedur təhlükəsiz, əməliyyatsız həyata keçirilsə də, ətraflı şəkildə maariflənməkdə və hazırlıqlı olmaqda fayda var. Özünüzü psixoloji cəhətdən hazırlamağı da unutmayın. Ona görə ki, RF liftinqlə müalicə bir gün deyil, bir neçə il çəkə bilir.

Şərh yaz