Pilinq Nədir və Onun Vasitəsilə Gözəlliyinizin Bərpası Mümkündürmü?

Qadınlar üz və bədən gözəlliyinə xüsusi diqqət yetirirlər və uğurlu nəticələr əldə etmək üçün effektiv üsullar axtarırlar. Baxımlı xanımların müraciət etdiyi geniş yayılmış kosmetik prosedurlardan biri də pilinqdir. Pilinq dedikdə, bərkimiş və ölü dəri hüceyrələrinin aradan qaldırılması nəzərdə tutulur. Kosmetoloqlar bu metodu həm gənc, həm də yaşlılara məsləhət görürlər. Pilinqin əsas məqsədi sağlam hüceyrələrə qidalandırıcı maddələri və oksigeni xaricdən qəbul etməyə mane olan yararsız hüceyrələri məhv etməkdir.

Kimyəvi üsulla tədrici dəri soyma kimi də tanınan pilinq lazımsız dəri hüceyrələrini məhv edir və faydalı hüceyrələrin fəaliyyətini canlandırır. Kimyəvi maddələrin dəriyə tətbiqi nəticəsində lazımsız dəri mikrohissəcikləri tədricən soyulur. Alt qatlardan üzə çıxan yeni dəri daha təravətli, cavan, az qırışlı, və hamar olur. 

Pilinq Faydaları 

Kosmetoloqların son dövrlərdə baxımlı xanımlara məsləhət gördüyü pilinqin bir çox faydaları vardır. Pilinqdən istifadə dərinin elastikliyini artırır və kiçik qırışları aradan qaldırır. Bu uğurlu metod həmçinin çilləri və çapıqları yox edir. Bundan əlavə, pilinq üz dəri relyefini hamarlaşdırır və ziyilləri yox edərək dəri səthini təmizləyir. Pilinqin növlərindən biri olan orta pilinqdən istifadə nəticəsində dəri qatları möhkəmlənir və daha sağlam dəriyə malik olmağınıza səbəb olur.

Pilinqin digər bir növü də yüngül pilinqdir ki, o dərinin yağlılığını tənzimləyir, civzələri və kiçik qırışları aradan qaldırır. Yüngül pilinqin nəmləndirici gücü və effekti həmçinin dəri tonusunu qaldırır. Dəri səthinin daha da elastikləşməsi onun səthini düzləşdirərək dərinizin gözəlləşməsinə zəmanət verir. Bununla bərabər mezoterapiya xidmətlərindən də yararlanmaq dərini daha da dolğun edir. Orta pilinqlə yüngül arasındakı fərqləri sizin həkiminiz dəri tipinə və dəridəki problemə əsasən diaqnoz qoyduqdan sonra rahatlıqla izah edə bilər. 

Dəri Gözəlliyinin Pilinq Vasitəsilə Mükəmməl Bərpası

Yüngül pilinqlə orta pilinqin əsas fərqi odur ki, orta pilinqin tətbiqi zamanı daha çox qatılaşdırılmış turşu qarışıqlarından istifadə olunur. Hansı növün dərinizə tətbiq olunacağını isə həkim və ya mütəxəssis müayinədən sonra qərar verəcək. Pilinqin uğurlu tətbiqi nəticəsində sağlam dəri hüceyrələrinin üstünü örtən və sağlam hüceyrələrin qidalanmasına mane olan ölü dəri hüceyrələri aradan qaldırılır. Nəticədə daha təravətli, gənc görünən, və qida maddələrini lazımınca qəbul edən sağlam dəri sizin gözəlliyinizi daha da artıracaq. Bundan əlavə, pilinqin faydalı tətbiqi həm gənc, həm də yaşlı dəri üçün mümkündür. Burada əsas fərq odur ki, gənc dəriyə pilinq tətbiq edərkən daha sadə turşu qarışıqlarından istifadə olunur. Əksinə, yaşlı dəriyə daha mürəkkəb qarışıqlar tətbiq olunur. Nəzərə alsaq ki, sizin dəri tipiniz yaşınıza görə fərqliliklər göstərə bilər, hansı pilinqdən istifadə olunmasını mütləq həkiminizlə dəqiqləşdirin.

Pilinq, həmçinin, sızanaqları uğurla müalicə edə bilir. Dəridə olan problemlər nə qədər çoxdursa, istifadə edilən kimyəvi maddələrin tərkibi daha aqressiv olacaqdır. Bundan əlavə, pilinqə həmçinin dərinin ağardılması üçün müraciət edilir. Yaraları uğurla yox etməklə yanaşı, pilinqin piqment ləkələrini də uğurla məhv etməsi kosmetoloqlara məlumdur. Belə ki, kiçik yaraları və onların izlərini müalicə etmək və silmək üçün pilinqdən istifadə getdikcə artmağa başlayır. Piqment ləkələri də xanımların rastlaşdığı əsas problemlərdən biridir və bunun həlli üçün bir neçə üsul vardır. Ən uğurlu metodlardan biri isə pilinqdir ki, ləkələri tədricən yox edir. Pilinq qalın qırışları incəldir və incə qırışları aradan qaldırır. Bu faydalı müalicə metodu qızartıları yox edərək dəridəki rəng pozuntularını tənzimləyir. Nəticədə, dəri daha da parlaqlaşır. Pilinqin zəngin kimyəvi tərkibli maddələrlə uğurlu tətbiqi nəticəsində canlılıq və təravət qazanan dəriniz qabıqlanmadan birdəfəlik azad ola bilər.

Pilinqdən Kimlər İstifadə Edə Bilməz?

Çoxlu miqdarda siqaret çəkən insanlara pilinqin tətbiqi qadağandır. Bundan əlavə, çox həssas dərisi olanlar pilinqdən istifadə edə bilməzlər. Belə ki, bəzi insanlar həssas dəriyə malikdir və onların dərisində olan kiçik dəyişiklik dəridə zədələnməyə və kiçik yaralara səbəb olur. Həmçinin, xarici təsirlərə aktiv cavab verən dərilərə pilinqin tətbiqi qadağandır. Aktiv dəriyə sahib olan insanlarda infeksiya, ziyil, uçuq tez-tez hallarda meydana gəlir. İmmuniteti zəif olan insanlar və ya immuniteti sürətlə zəiflədən xəstəlik sahibi insanlar da pilinqdən istifadə etməməlidirlər. Pilinq, həmçinin, üzündə son iki-altı ayda plastik əməliyyat keçirmiş insanlara qadağandır. Yetkinlik yaşına çatmış və yuxarıda sadalanan problemi olmayan insanlar pilinqdən istifadə edə bilərlər. Lakin həkim sizi müayinə etdikdən sonra pilinqə uyğun dəriniz olduğunu təsdiqləməlidir. Hər bir halda, həkim və ya mütəxəssis icazəsindən sonra pilinqin tətbiqi məsləhət görülür. 

Pilinq Etdikdən Sonra Nələrə Diqqət Olunmalıdır?

dəriyə qulluq

Dərinin fəal şəkildə nəmlənməyə meyilli olması və aktiv bərpası uğurlu pilinqin nəticəsidir. Lakin pilinqi sonlandırdıqdan sonra dəriyə qulluğa davam etmək lazımdır. Dərinin öz-özlüyündə regenerasiyası asan deyildir və əlavə müdaxiləyə ehtiyac vardır. Belə ki, kosmetik vasitələrdən və kremlərdən istifadə mütləqdir. Kosmetik qarışıqlar və kremlərin tətbiqi dərinin daha fəal bərpasını və aktiv nəmlənməsini asanlaşdırır. Uğurlu kosmetik müdaxilə pilinqin müsbət nəticələrini daha da gücləndirir və daha da gözəl dəriyə zəmanət verir. Pilinqdən sonra soyulma, qızartı, və qabıqlanma halları normaldır. Bu zaman nəmləndirici kremlərdən istifadə həkimlər tərəfindən məsləhət görülür. Lakin, qabıqları soymaq və ya qoparmaq qadağandır. Bundan əlavə, məsləhət görülür ki, günəşli havada bayıra çıxarkən, güclü tərkibli günəşdən qoruyucu vasitələrdən istifadə edilsin. Pilinqin tətbiqindən sonra, həkimin məsləhət gördüyü müddətdə dərini günəşdən qorumaq vacibdir. 

Pilinqdən sonra dəridə qızartılar müşahidə oluna bilər. Bu qızartılar 3-7 gün ərzində yox olur. Bundan əlavə, pilinqdən sonra müalicə tətbiq olunmuş dəri hissələrinə sarğı qoyulması məsləhətdir. Sarğının qoyulub qoyulmamasını, əlbəttə ki, həkim düzgün şəkildə müəyyən edəcəkdir. Müalicədən sonrakı yeni dəri çox həssas olduğundan, həkimin təyin edəcəyi müddət ərzində dərinizi günəşdən qorumağınız vacibdir. Dərinizin həssaslıq dərəcəsindən asılı olaraq, pilinq sonrası qıcıqlanma, qaşınma, quruluq, sərtlik, və qızarma hiss edə bilərsiniz, bunlar da həkiminizin təsdiqi ilə normal qarşılanır. Pilinqdən sonrakı dərinin yenilənməsi prosesi səbəbi ilə, yuxarıda sadalananlara bənzər dəyişikliklərin müşahidəsi normaldır. Bundan əlavə, pilinqdən sonrakı dövrlərdə üzünüzü ilıq su ilə yumağa üstünlük verməyiniz məsləhət görülür. Ciddi rejimli idmanla məşğul olmaq, quru və buxarlı sauna otaqlarında vaxt keçirmək məsləhət görülmür. Eyni zamanda lazer epilyasiya xidmətlərindən istifadə dərininizin hamar və təmiz qalmasına kömək edir.

Nə Üçün Pilinqə Ehtiyac Var?

Yetkinlik illəri ərzində, dərinin yaşlanma prosesi sürətlənsə də, yeni hüceyrələrin bərpası yavaşlayır. Gəncləşmək və gözəlləşmək arzusunda olanlar üçün dəriyə kosmetik müdaxilə çox lazimlıdır. Belə ki, dərinin gəncləşməsi və təravətli qalması üçün dəri hüceyrələri regenerasiya olmalı, yəni ki yenilənməlidir. Həmçinin, ölü dəri mikrohissəcikləri və hüceyrələri qalın qat yaradaraq yeni hüceyrələrin böyüməsinə mane olur. Qidalanmaqdan məhrum olan yeni hüceyrələr də fəaliyyətini dayandırmağa başlayır. Nəticədə, dəri öz təravətini itirir. 

Pilinqin sayəsində, dəri öz gəncliyinə yenidən qovuşur. Ölü hüceyrələrin yox edilməsi gəncləşmə prosesini reallaşdırır. Aradan qaldırılan ölü heceyrələr gənc və aktiv mikrohissəciklərə imkan yaradır ki, onlar ətraf-mühitdən qidalansınlar. Nəticədə, dərinin üst qatı bərpa olur və üz gəncləşir. Pilinqin tətbiqi kimyəvi maddələrin iştirakı ilə baş verir və nəticə özünü bir qədər tədricən göstərir. Baxımlı xanımlar pilinqin yaratdığı fürsətlərdən faydalanır və bu təhlükəsiz metoddan cavanlaşmaq üçün istifadə edirlər. 

Ən sonda

ən sonda

Ən uğurlu kosmetik metodlardan biri olan pilinq xanımların getdikcə daha çox tətbiq etdiyi möcüzəvi gözəlləşmə üsuludur. Öz nəticələrini tədricən və təbii şəkildə göstərən pilinqi həkim və mütəxəssis nəzarəti ilə tətbiq etmək gərəkdir. Müxtəlif tərkibli turşuların və kimyəvi maddələrin qarışığından hazırlanan məhlul dəriyə tətbiq olunur və bir neçə gün ərzində nəticələr müşahidə olunur. 

Dərinin həssaslığı və növündən asılı olaraq effektlər dəyişkən ola bilər. Hər halda, həkim və ya mütəxəssis nəzarətinin mövcudluğu bu prosesi tam təhlükəsiz edir. Pilinqdən sonra kiçik narahatlıqlar olsa da, bunlar təbiidir və mütəxəssis müdaxiləsi ilə yüngülləşdirilə bilər. Hər bir xanımın arzusunda olan təbii gözəlliyin əldə edilməsi bir qədər vaxt tələb edir. Təbii gözəllik metodlarından biri olan pilinqin tətbiqi zamanı səbrli olmaq lazımdır. Həmçinin, həkim və ya mütəxəssis göstərişlərinə diqqətlə əməl etmək lazımdır. 

Pilinqdən öncə və sonra edilməsi qadağan olan şeylərdən mütləq uzaq durmaq lazımdır ki, gözəlliyiniz təhlükə ilə üzləşməsin. Təlimatları düzgün yerinə yetirdikdən və həkim göstərişlərinə tam əməl etdikdən sonra daha da gözəlləşdiyinizi müşahidə edəcəksiniz. Mütəxəssis və dermatoloqlar tərəfindən etibarlılığı təsdiqlənən kosmetik vasitə kimi, pilinq dərinizi tədricən cavanlaşdıracaq və qırışları yox edərək hamarlaşdıracaqdır.

Şərh yaz