Mezoterapiya Nədir və Hansı Faydaları vardır?

İynə vasitəsilə damarlara vurulan dərmanlar və ya ağız vasitəsilə qəbul edilən vitaminlər bədənin hər yerinə çatmaya bilər. Bədənin bir hissəsində problem yaranarsa, həmin hissəni müalicə etmək üçün damara vurulan dərman problemli hissəyə çatmadan bədəndən atıla bilər. Və yaxud qəbul edilən vitaminlər həzm sistemində yox ola bilər. Vitaminlərin və mineralların lazımi hissəyə lazımi vaxtda çatdırılması üçün mezoterapiyadan istifadə olunur. Mezoterapiya dəri daxilinə və dərinin alt təbəqəsinə vitamin, mineral, ferment və dərmanların mikro iynə vasitəsilə yeridilməsi prosesidir. Mezoterapiya vasitəsilə bədənə yeridilən dərmanlar birbaşa problemli hissəyə nüfuz edir və problem olmayan orqanlara heç bir lazımsız təsir göstərmir. Bu üsulla edilən müalicə daha effektiv nəticə göstərir və dərmanların həddindən artıq istifadəsinə imkan vermir. 

Niyə Mezoterapiyaya Üstünlük Verilir?

Son dövrlərdə qadınlar arasında mezoterapiyaya maraq getdikcə çoxalır. Səbəb odur ki, qadınlar kosmetik prosedurlar haqqında araşdırmağı və ən effektiv vasitələrdən faydalanmağı sevirlər. Qadınlar dərilərinin cavan və təravətli qalması üçün bir çox kosmetik vasitələrdən istifadə edirlər. Mezoterapiyanın cavanlaşdırıcı gücü qadınların diqqətini cəlb etmiş və onları bu üsuldan daha çox istifadə etməyə həvəsləndirmişdir. Mezoterapiyadan istifadə qadınların dərisini cavanlaşdırır, qidalandırır və dərinin təbii elastikliyini qoruyub saxlayır. 

Mütəxəssislər bildirir ki, məsələn, krem və ya qidalandırıcı maskalar gözlənildiyi kimi effektiv deyil. Çünki onlar dərinin üzərinə tətbiq edilsə də, o maddələrin çox cüzi hissəsi dərinin alt qatlarına çatır. Eyni miqdarda qidalandırıcı maddələr dəri altına mezoterapiyadan istifadə üsulu ilə yeridilsə, bu öz effektini tez bir zamanda göstərər. Bundan əlavə, mezoterapiya xidmətindən istifadə dərinin alt qatlarında hollogenlər yaradaraq dərin və səthdə olan qırışların tezliklə yoxa çıxmasına səbəb olur. Bu, həmçinin dərini hamarlaşdırır. 

Mezoterapiya Faydaları 

mezoterapiya faydaları

Hər hansı mineralı, dərmanı, və vitaminləri mezoterapiyadan istifadə ilə dərinin alt qatlarına yeritdikdə, həmin maddələr ləng sovrulur. Belə ki, maddələrin sovrulması üzün müddət çəkir və bu da dərinin altındakı problemli hissənin yavaş və effektli müalicəsini təmin edir. Bundan əlavə, heç bir dərman və vitamin tullantısına yol vermədən lazım olan miqdar dəri altına ötürülür. Mezoterapiyadan istifadə zamanı qəbul edilmiş maddələr yalnız problemli hissələrə təsir edir və lazım olmayan hissələrə heç bir əlavə təsiri olmur. Həmçinin, mezoterapiya qan dövranına birbaşa təsir etməklə dəri hüceyrələrinin fəaliyyətini stimullaşdırır. Dəriyə maddələrin birbaşa yeridilməsi hüceyrələrin balansına müsbət təsir göstərir və qida maddələrinin uzun müddətli təminatını asanlaşdırır. 

Mezoterapiyadan istifadə üsulu ilə qida maddələri dəri altına inyeksiya edilərkən, dəri tonusu effektiv şəkildə bərpa olunur. Bu üsul dərinin cavanlaşması və hamarlaşmasına xidmət edir. Həmçinin, mezoterapiyadan istifadə zamanı dəri altına yeridilən maddələr təbiidir və orqanikdir. Mütəxəssislər sintetik maddələrin istifadəsindən maksimum şəkildə yayınırlar və imtina edirlər. Səbəb isə odur ki, sintetik maddələrin dəri altına yeridilməsi tibbi cəhətdən yolverilməzdir. Yalnız təbii maddələrdən və vitaminlərdən istifadə ilə mezoterapiyanı düzgün şəkildə tətbiq etmək olar. Buna görə də, mezoterapiyadan istifadə tam təhlükəsizdir. Bu üsulla mütəxəssislər tərəfindən dəriyə yeridilən qida maddələri dərini cavanlaşdırır və qidalandırır. Müxtəlif təbii maddələri və vitaminləri qarışdıraraq daha faydalı sintezlər əldə etmək olar. 

Mezoterapiya Kimlərə Tətbiq Oluna Bilər?

Hamilələr, şəkərli diabet xəstələri, iflic keçirmişlər, qan laxtalanması problemi olanlar, xərçəng xəstələri və dərman qəbul edən ürək xəstələri mezoterapiyadan istifadə edə bilməz. Bunlar xaricində, istənilən yaşda olan istər kişi, istərsə də qadına, bu metod təhlükəsiz şəkildə, həkim məsləhəti ilə tətbiq oluna bilər. Üz qırışları, artıq çəkilər, sellülit, yağlanma, və saç tökülməsindən əziyyət çəkən insanlar mezoterapiyadan istifadə edə bilərlər. Mezoterapiyadan istifadə bu kimi problemləri olan insanları mütəxəssisin köməyi ilə effektiv şəkildə sağalda bilər. Halbuki, mezoterapiyanın təsiri ilk seansda özünü göstərmir. Ortalama 2-3 seansdan sonra mezoterapiyanın effektləri özünü göstərir. Xəstəlik növündən və insanın bədən göstəricilərindın asılı olaraq mezoterapiyanın təsir müddəti dəyişkəndir.

Məsələn, sellülit problemi olan insanlar mezoterapiyayla müalicə edildikdə uğurlu nəticələr iki ay sonra əldə edilir. Effektli nəticənin əldə olunması yalnız mezoterapiyadan asılı deyildir. Müalicə proseduru bitdikdən sonra xəstə qida rasionuna və idman vərdişlərinə diqqət etməlidir ki, mezoterapiyadan maksimum faydalana bilsin. Bundan əlavə, dəridə yaranan qırışlardan əziyyət çəkənlərə mezoterapiyadan istifadə xüsusi sağaldıcı təsir göstərir. Bu metod bütün dəri növləri üçün faydalı və effektivdir. Bu müalicə üsulu üz, gözlər, boyun və əllərə rahatlıqla tətbiq oluna bilər. Mezoterapiyadan istifadə dərinin alt təbəqələrində nəmləndirmə funksiyasını yerinə yetirir. Bu müalicə vasitəsi həmçinin yeni qırışların yaranmasına mane olur, üz dərisinin parlaqlığını artırır, və dəri hüceyrələrinin elastikliyini artırır. Faydalı maddələrin bu infuziyası dərini qidalandırır və cavanlaşdırır.

Mezoterapiyanın Növləri 

mezoterapiya

Mezoterapiya bədənin müxtəlif hissələrinə müxtəlif növ müalicələr üçün tətbiq oluna bilər. Müalicə müddəti ortalama 30 dəqiqədir və proses tam ağrısız keçir. Halbuki, mezoterapiyanın tətbiqindən sonra dəridə kiçik qıcıqlanmalar və narahatlıqlar ola bilər. Mütəxəssis və ya həkim məsləhəti ilə bu narahatlıqlar krem və ya digər vasitələrlə rahatlıqla aradan qaldırıla bilər. Mezoterapiyanın müxtəlif növləri vardır və hər üsulun özünəməxsus faydaları vardır. 

Üz Mezoterapiyası

Mezoterapiyadan istifadə ilə üz dərisinin cavanlaşmasında effektiv nəticələr əldə etmək olar. Mezoterapiya üzü cavanlaşdırır və üz dərisini təravətləndirir. Belə ki, dəri rəngində solğunluq hiss olunduğu anda mezoterapiyanın tətbiqinə başlanmalıdır. Üz dərisinin parlaqlığının bərpası üçün bu müalicə üsulu əvəzedilməzdir. Mezoterapiyadan istifadə zamanı, qidalandırıcı maddələr dərinin alt qatlarına nüfuz edərək hüceyrə toxumalarının bərpasını təmin edir. Kolagen və elastin turşularının üz dərisinə yeridilməsi qırışları aradan qaldırır və dərini hamarlaşdırır.

Mezoterapiyanın dəri dartılması metodundan da istifadə olunur. Bu metodun tətbiqi zamanı, turşu və vitaminlərin qarışığından hazırlanan kokteyl dəri tonusunu bərpa edir, üzün təravətliliyini artırır, və dəri rəngini yaxşılaşdırır. Bu üsul qadınlar və mütəxəssislər arasında həmçinin mezoliftinq kimi də tanınır. Ümumiyyətlə, mezoterapiyanın tətbiqi bütün dəri növləri üçün uyğundur. Lakin, hər bir insan öz həkimindən bu barədə individual məsləhət almalıdır. 

Saç Mezoterapiyası

Saç tökülməsi xəstəliyi olan insanlar üçün saç mezoterapiyası çox faydalı nəticələr verir. Belə ki, əgər insanın saçları bir az və ya tamamilə tökülürsə, mezoterapiyadan effektiv müalicə metodu kimi istifadə oluna bilər. Həkim xəstə üçün individual olaraq diaqnoz qoymalı və mezoterapiyanın üsulu, vitamin kokteylinin tərkibi, və neçə seansda tətbiq olunacağına dair qərar verməlidir. Saç üçün mezoterapiyanın tətbiqi öz nəticəsini uzun və ya qısa müddətdə göstərə bilər. Bu xəstəliyin dərəcəsinə və insanın dəri növünə dəyişir. 

Mezoterapiyanın köməyi ilə saç dərisinə yeridilən qidalandırıcı maddələr saç kökünü gücləndirir və yeni saçların yaranmasına kömək edir. Mezoterapiyadan effektiv istifadə saç tökülməsi problemini aradan qaldırır, maddələr mübadiləsi və qan dövranını stimullaşdırır, nazik saçları qalınlaşdrırır və onları gücləndirir. Bundan əlavə, bu metod saçın seyrəkləşmiş hissələrini bərpa edir və saçları daha da möhkəmləndirir. Saça effektiv qulluq üçün mezoterapiya ən yaxşı müalicə metodlarından biridir.

Mezoterapiyayla Arıqlama 

arıqlama

Arıqlamağın və artıq çəkiləri atmağın tək yolu idmanla məşqul olmaq və ya pəhriz deyil. Bunun daha az əziyyətli və daha çox effektiv üsulları vardır. İş və ya dərs rejiminin yaratdığı çətinliklər səbəbindən, insanlar mütəmadi idman və ya pəhrizə diqqət ayıra bilmir. Buna görə də, son dövrlərdə mezoterapiyadan arıqlamaq üçün geniş şəkildə istifadə olunur. 

Belə ki, bədənin müxtəlif nahiyələrində dəri altına mikro iynələr vasitəsilə xüsusi maddələr yeridilir. Bu maddələr piy yaradan və artıq çəkilərə səbəb olan piqmentləri məhv edir və effektiv arıqlamaya və çəki atmağa şərait yaradır. Lakin, hər bir şəxs çəki atmaq üçün mezoterapiyanın tətbiqindən əvvəl həkim və ya mütəxəssisdən detallı şəkildə təlimatlar almalıdır. Dəriyə yeridiləcək maddələr toplusunun tərkibinin düzgün şəkildə müəyyən edilməsi çox vacibdir. 

Mezoterapiyanın tətbiqi bədəndə olan artıq toksinləri atır, qan dövranını stimullaşdırır, və immuniteti gücləndirir. Mezoterapiyayla arıqlamanın digər metodlara nisbətən üstün cəhəti odur ki, mezoterapiya öz effektini daha tez müddətdə göstərərək vaxt və pul itkisinin qarşısını alır.

Ən Sonda… 

Mezoterapiya üz dərisinin cavanlaşmasını, üz qırışlarının aradan qaldırılmasını, bədəndən artıq çəkilərin atılmasını, tökülmüş saçların bərpasını və dolğunlaşmasını ağrısız şəkildə təmin edir. Əgər hər bir insan mezoterapiyadan maksimum şəkildə faydalanmaq istəyirsə, prosedurdan öncə həkim və ya mütəxəssisdən məsləhət almalıdır. Yuxarıda qeyd edilmiş istisnalar nəzərə alınmaqla, mezoterapiya həkim məsləhəti ilə sağlam insanların bədəninə, saç nahiyəsinə, üz hissəsinə və digər hissələrə tətbiq oluna bilər.

Şərh yaz