Lazer Epilyasiyası Haqqında Faydalı İnformasiya

İstənilməyən tükləri təraş, cımbız, və ya mum ilə yox etməkdən məmnun deyilsinizsə, lazer epilyasiya sizin üçün ən əlverişli üsul ola bilər. Lazer vasitəsilə tüklərin aradan qaldırılması ən geniş yayılmış kosmetik prosedurlardan biridir. Lazer epilyasiya tük follikulunu məhv edən lazer işığına məruz qalmaqla tük tökülməsi prosesidir. Bu üsul tük böyüməsinə və ya yenidən yaranmasına maneə törədir və ya çox uzun müddətli ləngidir. 

Dermatoloqlar lazerlə tüklərin yox edilməsinin təhlükəsizliyi və effektivliyi ilə bağlı bir çox müsbət fikirlər bildirmişlər. Daha az ağrı ilə istənilməyən tüklərin aradan qaldırılması üçün lazer texnologiyası digər üsullara nisbətən daha çox əlverişlidir. Bundan əlavə, lazer epilyasiya vasitəsilə tüklərin yox edilməsi həssas və tünd rəngli dərisi olanlar üçün ən arzuolunan vasitədir. 

Lazer Epilyasiyasının Faydaları 

Lazerlər üz, qol, çənə, qol altı, bikini, və bədənin digər həssas hissələrindən istənməyən tüklərin ağrısız və təhlükəsiz aradan qaldırılması üçün çox faydalıdır. Lazer vasitəsilə epilyasiyanın tətbiqi göz qapağı və ona çox yaxın bölgər istisna olmaqla bütün bədən üçün mümkündür. Bu zərərsiz və ağrısız vasitənin bir çox üstün cəhətləri vardır. Dəqiqlik, sürət, və zəmanət lazer epilyasiyasının faydalı xüsusiyyətlərindəndir. Lazerlər ətrafdakı dəriyə zərər vermədən qaranlıq və qaba tükləri seçərək hədəfə ala bilər. Bu üsul vasitəsilə istədiyiniz dəqiqliklə istənməyən tükləri aradan qaldırmaq mümkündür. 

Bundan əlavə, heyrətamiz sürət lazer üsulu ilə epilyasiyanı digər üsullardan daha çox arzuolunan edir. Bir saniyədən də az müddətdə, lazer tətbiq olunduğu bölgədə bir çox tükləri aradan qaldıra bilər. Lazer epilyasiyası üst dodaq kimi bölgələrin tüklərini isə bir dəqiqədən az müddətdə təmizləyir. Ən vacibi isə, lazerlər bir çox istifadıçilər üçün 3-7 istifadədən sonra tüklərin daimi olaraq məhv olmasına zəmanət verir. İstənməyən tükləri lazer vasitəsilə yox etdikdən sonra, əlavə heç bir vasitəyə ehtiyac qalmayacaq və daimi olaraq istənməyən tüklərdən xilas olacaqsınız.

Lazer epilyasiyasının tətbiqi dərinizin daha hamar olmasına səbəb olacaq. Bundan əlavə, lazer dərinin daxilində də çıxa biləcək tüklərin yox edilməsini təmin edir. Tüklərin köklərini yox etməklə, lazer yalnızca dərinin xaricini deyil, həmçinin daxilini də təmizləyir. Həmçinin, lazer epilyasiyası prosedurdan sonra dəri qıcıqlanmasına yol açmır. Səbəb isə odur ki, lazerlə müalicə tüklərin sonradan düz istiqamətdə böyüməsini təmin edir. Düz istiqamətdə böyüyən tüklər heç bir narahatlığa səbəb olmur. Epilyasiyanın digər vasitələrə nisbətən üstün cəhətlərindən biri də onun dəriyə və tük köklərinə zərər vermədən tükləri yox etməsidir. 

Lazer Epilyasiyaya Necə Hazırlaşmaq Olar? 

Tüklərin lazerlə aradan qaldırılmasını planlaşdırırsınızsa, müalicədən əvvəl altı həftə ərzində təraş, mumlama və elektroliz kimi vasitələrdən istifadəni məhdudlaşdırmalısınız. Bunun səbəbi odur ki, təraş və ya müm tüklərin köklərini müvəqqəti olaraq aradan qaldırır və lazer tüklərin köklərini hədəf ala bilmir. Həmçinin, müalicədən əvvəl və sonra altı həftə ərzində günəşə məruz qalmamaq lazımdır. Günəşə məruz qalmaq lazer epilyasiyanı daha az təsirli edir və müalicədən sonra fəsadlar yaranmasına səbəb olur. Həkim və ya mütəxəssisin müalicədən öncə məsləhət və təkliflərini öyrənmək arzuolunandır. Səbəb odur ki, həkim və ya mütəxəssis dəri növünün və rənginin xüsusiyyətlərinə uyğun olaraq prosedurdan öncə tapşırıqlar verə bilər. 

Bundan əlavə, lazer vasitəsilə tüklərin aradan qaldırılmasın prosedurunu xüsusi təhsili və təlimi olan mütəxəssislər icra etməlidir. Lazer vasitəsilə tüklərin yox edilməsi sadə və asan proses deyil. Lazer epilyasiyası həyata keçirilməsi üçün təlim tələb edən və potensial riskləri daşıyan tibbi prosedurdur. Tüklərin lazerlə çıxarılmasından əvvəl proseduru həyata keçirən həkimin və ya texnikanın etibarlılığı diqqətlə yoxlanılmalıdır. 

Epilyasiyanın Tətbiqi Zamanı və Sonra 

Əgər effektiv, sağlam, və davamlı nəticələr əldə etmək istəyirsinizsə, lazer epilyasiyası həkim və ya mütəxəssis nəzarəti və tövsiyəsi ilə tətbiq olunmalıdır.

Lazer Tətbiq Olunarkən Nə Etməli? 

Lazer avadanlığı saçlarınızın rəngi, qalınlığı və yerləşdiyi yer, həmçinin dərinizin rənginə görə tənzimlənəcəkdir. İstifadə olunan lazer və ya işıq mənbəyindən asılı olaraq, sizin və proseduru tətbiq edən mütəxəssisin göz qoruyucusu geyinməsi vacibdir. Dərinizin xarici təbəqələrini soyuq bir gel və ya xüsusi soyutma cihazı ilə qorumaq da lazım olacaq. Bu lazer işığının dəriyə effektiv şəkildə nüfuz etməsinə kömək edəcəkdir. Sonra, mütəxəssis müalicə sahəsinə lazer işığı tətbiq edəcək. 

Lazer epilyasiya zamanı mütəxəssis ən yaxşı parametrlərin istifadə edildiyindən əmin olmalıdır. Bundan əlavə, pis reaksiyaların olub olmadığını yoxlamaq üçün bir neçə dəqiqə ərzində prosedur tətbiq olunduğu bölgə müşahidə edilməlidir. Prosedur başa çatdıqda, hər hansı sonrakı narahatlıqla üzləşməmək üçün dəri növünün xüsusiyyətlərindən asılı olaraq mütəxəssisin verdiyi göstərişlərə əməl etmək lazımdır. Krem, losyon, su, və digər köməkçi vasitələrdən istifadə olunması məsləhət görüləndir. Dörd-altı həftə sonra növbəti müalicənizi təyin edə bilərsiniz. Tüklərin böyüməsini və yenidən yaranmasını dayandırana qədər müalicə alacaqsınız.

Prosedur Başa Çatdıqdan Sonra Nə Etməli? 

lazer epilyasiyasından sonra

Lazer epilyasiya vasitəsilə tüklər aradan qaldırıldıqdan bir-iki gün sonra dərinizin müalicə olunan sahəsi günəş yanıqları kimi görünəcək və hiss edəcəkdir. Sərin kompresslər və nəmləndiricilər kömək edə bilər. Müalicə olunan dərinin rəngində müvəqqəti dəyişikliklərin qarşısını almaq üçün növbəti ay üçün günəşdən qoruyucu vasitələrdən istifadə edin. Qovuqlar nadirdir, lakin daha qaranlıq dərisi olan insanlarda daha çox olur. Digər potensial yan təsirlər şişlik, qızartı və yara izləridir. Daimi qaşınma və ya dəri rəngində dəyişikliklər çox az hallarda rast gəlinir. 

Lazer Epilyasiya Haqqında Maraqlı Faktlar 

İstənməyən tüklərin aradan qaldırılması üçün bir çox üsullar mövcuddur. Lakin, lazer vasitəsilə epilyasiya uzun müddətli nəticələrin əldə edilməsi üçün əlverişli seçimdir. Lazer epilyası haqqında bir çox maraqlı faktlar vardır. Texnologiya inkişaf etdikcə, epilyasiyanın tətbiqi getdikcə daha da asanlaşır və bu proses insanlar üçün daha da rahat olur. Bundan əlavə, mütəxəssislər öz bilik və təcrübələrini daha da inkişaf etdirir, hansı ki effektiv lazer epilyasiyasının tətbiqinə zəmanət verir. İstənməyən tüklərin yox edilməsi üçün ən geniş yayılmış vasitələrdən biri olan lazer epilyasiya barədə bir neçə maraqlı faktları qeyd etməyə dəyər.

Minimum Ağrı ilə Müalicəyə əmanət 

Dəri üzərində aparılan proseslər ağrılı kimi səslənsə də, istifadə edilən texnologiya ağrıların tamamilə azaldılmasını təmin edir. Proses lazer işığının tük piqmentlərinə göndərilməsi ilə başlayır. Sonra işıq istiliyə çevrilir, hansı ki, saç follikullarını və kökünü təhlükəsiz şəkildə məhv edir. Əgər ağrı olsa da, bu çox qısa müddətdə baş verir. Doğrudur ki, bədənin həssas bölgələrində bu ağrı bir az daha çox hiss oluna bilər, lakin bu çox qısa müddətdə baş verir. Lazer epilyasiyası zamanı minimum ağrıların əsas səbəbi odur ki, sərinləşdirici texnologiya tətbiq edilir. 

Səbrli Olmaq Öz Nəticəsini Göstərir 

Tüklərin tamamilə aradan qaldırılması ilk lazer tətbiqindən 2-3 həftə sonra mümkündür. Bu müddətdə səbrli olmaq lazımdır, çünki effektiv nəticələr 8-12 dəfə lazer tətbiqindən sonra müşahidə olunur. Həmçinin, epilyasiyasının tətbiqi çox sürətli bir prosesdir. Məsələn, üz nahiyəsindəki tüklərin tamamilə təmizlənməsi maksimum 20 dəqiqə vaxt ala bilər. Hətta makyajın təmizlənməsini də daxil etsək, üz nahiyəsinə lazer epilyasiyasının tətbiqi maksimum 20 dəqiqə vaxt alır. 

Lazer Epilyasiya Sonrası İdmanla Məşğul Olmaq

idmanla məşğul olmaq

Lazer tətbiqindən sonra idman zalına gedə bilməzsiniz. Lazerdən gələn istilik 24 saat dərinizdə qalır, buna görə də, idman salonu, sauna və digər bənzər yerlərə getmək qadağandır. Əgər məsləhət görülməyən yerlərə getsəniz, bakteriyaların çoxalması və nəticədə ləkələr yaranması üçün əlverişli mühit yaratmaq riskiniz var. Bundan əlavə, lazer tətbiq edilmiş dərini istidən qorumaq məsləhət görülür. Əgər intensiv idmanla məşğul olsanız və ya saunaya getsəniz, tüklərin təmizləndiyi nahiyədə aktivləşmiş bakteriyalar çoxala bilər və bir çox dəri narahatlıqları və xəstəliklərinin yaranmasına səbəb ola bilər. 

Ən sonda

Baxmayaraq ki istənməyən tüklərin yox edilməsi üçün çox, ama çox ağrılı üsullar mövcuddur, lazer epilyasiya tüklərin daimi aradan qaldırılmasını minimum ağrı ilə təmin edir. Minimum ağrı ilə maksimum effektivliyi əldə etmək istəyirsizinizsə, lazer epilyasiya sizin üçün ideal seçimdir. Bu kosmetik prosedur mütəxəssislər və dermatoloqlar tərəfindən ən çox tövsiyə olunan üsüllardan biridir.

Zərərsiz və təhlükəsiz şəkildə istənməyən tüklərdən xilas olmaq istəyirsinizsə, lazer epilyasiya edən mütəxəssislərə müraciət etməyiniz məsləhətdir. Bundan əlavə, epilyasiyadan öncə dəri həkiminizin və lazeri tətbiq edən mütəxəssisin sizin dəriniz üçün verdiyi məsləhətləri mütləq nəzərə almalısınız.

Şərh yaz