Lazer Epilyasiya Zərərlidirmi? – Bilməli Olduğunuz Faktlar

Bədəndəki istənməyən tüklərin tamamilə və həmişəlik aradan qaldırılması üçün lazer epilyasiyadan geniş istifadə olunur. O tükləri ağrısız şəkildə və çox az vaxt sərf etməklə aradan qaldırır. Rahatlığı sevən xanımlar üçün lazer vasitəsilə epilyasiya mükəmməl üsuldur. Həmçinin, lazer epilyasiya mütəxəssisin məsləhəti və təsdiqi ilə istənilən dəri növünə tətbiq edilə bilər. Bu metod kosmetoloqlar arasında sürətlə məşhurlaşsa da, bəzi insanlar onun zərərli olması barədə fikirlər söyləyirlər. Bəs lazer epilyasiyasının zərərli olması barədə heç bir elmi əsası olmayan bu fikirlərə inanmaq olar mı? Tüklərdən təmizləmə, həqiqətən də, zərərlidir mi?

Əlbəttə ki, Xeyr, Lazer Epilyasiya Zərərsizdir

Elmin və texnologiyanın inkişafı gündəlik həyatımızı bizim üçün daha da rahatlaşdırıb və asanlaşdırıb. Kosmetoloji texnologiyanın inkişafı da, həmçinin, qadınların daha asan yollarla gözəlləşməsinə şərait yaradıb. Lazer epilyasiyası texnologiya mütəxəssislərinin və həkimlərin müsbət rəyləri ilə istehsal edilmiş və dünya kosmetologiyasında geniş şəkildə istifadə olunmağa başlanmışdır. Öz effektivliyini uğurla sübut etmiş lazer epilyasiya, əlbəttə ki, zərərsizdir. Əgər lazer epilyasiyası zərərli olsa idi, mütəxəssislər və həkim-kosmetoloqlar tərəfindən bu qədər geniş şəkildə istifadə edilməzdi. Həkim-kosmetoloq hər bir xanımı müayinə etdikdən sonra lazer epilyasiyanın tətbiqinə qərar verir.

Lazer Epilyasiyası Hansı Hallarda Qadağandır?

Lazer epilyasiyanın zərərsiz olması dedikdə dəri səthində problem yaratmaması nəzərdə tutulur. Halbuki, lazer işığı xüsusi tərkibə və yüksək temperatura malikdir. Laser işığı dəriyə tətbiq olunduqda dəri toxumaları və səthi buna hazır vəziyyətdə olmalıdır. Belə ki, bədəndəki bəzi dəyişikliklər və xəstəliklər toxumalara təsir göstərə bilər. Həmçinin, günəşin və kosmetik vasitələrin təsiri ilə dəri səthində dəyişkənliklər ola bilər. Bunların hər birini laser epilyasiyasından əvvəl müayinə zamanı detallı şəkildə nəzərdən keçirmək lazımdır.

Bəzi hallarda, dəri səthi epilyasiya üçün tam hazır olsa da, bədəndəki xəstəliklər dəri toxumalarının fəaliyyətini pozaraq epilyasiyanı arzuolunmaz edir. Digər hallarda isə, bədən tam şəkildə sağlam olsa da, pasiyent dəri səthində makyaj, günəş yanması, rəngləmə və s. kimi dəyişikliklər edir. Ümumiyyətlə, epilyasiyanın tətbiqindən öncə həm kosmetoloq həm də həkim-dermatoveneroloq məsləhətlərindən faydalanmaq lazımdır. Həkim sizin bədəninizdə gedən və dəri toxumalarına təsir edən daxili prosesleri və xəstəlikləri müayinə edə bilir. Kosmetoloq isə dəri səthinin xüsusiyyətlərini analiz edərək dəri tipinə uyğun olaraq dəqiq fikir bildirir.

Kosmetoloq Məsləhətləri

Normal hallarda lazer epilyasiyasının heç bir təhlükəsi olmasa da, bəzi hallarda bu yollarda tüklərin təmizlənməsi tövsiyə edilmir. İlk olaraq, epilyasiya ediləcək dəri günəşin təsirindən tündləşmiş olmamalıdır. Belə ki, epilyasiyadan öncə dəri öz təbii rəngingdə olmalıdır. Bundan əlavə, əgər epilyasiya ediləcək bölgənin tükləri son 20 gün ərzində aradan qaldırılıbsa, həmin bölgəyə lazer epilyasiyanın tətbiqi qadağandır. Baxmayaraq ki çox uzun tüklərin qayçı ilə qısaldılması mümkündür, məsləhət görülür ki laser epilyasiyadan öncə tüklərə heç bir proses tətbiq edilməsin.

Bundan əlavə, epilyasiya tətbiq ediləcək tüklər heç bir vasitə ilə rənglənməməlidir. Lazerin rənglənmiş tüklərə tətbiqi problemlər törədə bilər. Həmçinin, pilinq kimi dərini soyaraq müalicə edən proseslər epilyasiyadan minimum 15 gün öncə dayandırılmalıdır. Əlavə olaraq qeyd edilməlidir ki, makyaj tətbiq olunmuş dəriyə lazer epilyasiyası etmək qadağandır. Bundan əlavə, hamilə qadınlar bu yolla tüklərdən təmizlənmədən istifadə edə bilməz. Ümumiyyətlə, lazer epilyasiya, qeyd edilən hallar istisna olmaqla, zərərsizdir və həkim-kosmetoloq nəzarəti ilə həyata keçirilməlidir. Əlbəttə ki, həkim-kosmetoloq müayinədən sonra ən düzgün qərarı verəcəkdir.

Həkim Məsləhətləri

lazer epilyasiya

İlk olaraq, süd verən analar, hamilə qadınlar, damar böyüməsi olanlar, dərisində müxtəlif növ yanıq və ya açıq yarası olanlar lazer epilyasiya istifadə edə bilməz. Həmçinin, herpes xəstəliyi keçirən və xroniki dəri xəstəliyi olan insanlar da bundan istifadə etməməlidirlər. Şəkərli diabet və onkoloji xəstəlikləri olan qadınların da bu metoddan istifadəsi qadağandır. Dermatoloqlar məsləhət görür ki, epilyasiya zamanı xalların üzərinin örtülməsi də vacibdir ki, yüksək temperaturlu lazer işığı xala zərər verməsin. Epilyasiya, həmçinin, qaralmış dəriyə də tətbiq edilməməlidir, çünki dermatit və yanıq kimi fəsadlara yol aça bilər. Sadalanan hallar istisna olmaqla, həkim-kosmetoloqlar və dermatoloqlar lazer epilyasiyasının təhlükəsiz prosedur olduğunu bildirirlər.

Kosmetoloq-Həkim Seçərkən Diqqətli Olmaq Lazımdır

Yalnız işini yaxşı bacaran və təlim görmüş kosmetoloqlara etibar etmək lazımdır. Prosedurun uğurlu və təhlükəsiz olması üçün peşəkar mütəxəssis seçmək lazımdır. Əgər lazer epilyasiya uğursuz alınmış və ya fəsadlara yol açmışsa, bu, proseduru tətbiq edənin səhvinə görədir. Belə ki, həkim-kosmetoloq epilyasiya aparatını istifadə etməyi dəqiqliklə bilməli və heç bir səhvə yol verməməlidir. Məsələn, lazer işığının temperaturunun düzgün müəyyənləşdirilməsi vacibdir. Həddindən artıq temperatur dərini yandıra bilər. Həddindən az temperatur isə tükləri tamamilə təmizləməyə bilər.

Bundan əlavə, bu yolla tüklərdən azad olmaq istəyən qadınlar mütləq klinikaya müraciət etməlidirlər. İxtisaslı mütəxəssis yalnızca klinika şəraitində effektiv lazer epilyasiya tətbiq edə bilər. Səbəb isə odur ki, təlim görmüş peşəkarlar klinikalarda avadanlıqlarla tam təmin olunur. Buna görə də, ev şəraitində və həkim məsləhəti olmadan epilyasiyanı tətbiq etmək qadağandır. Məsələn, yalnız peşəkar dermatoloq sizin dərinizi ətraflı müayinə edib ən faydalı və lazımlı məsləhətləri verə bilər. Əgər siz bilməsəniz ki, epilyasiyanın tətbiqindən sonra neçə müddətə günəşdən qorunmaq lazımdır, dərinizdə sonradan zədələnmələrə səbəb ola bilərsiniz.

Lazer Epilyasiya Sonrası Düzgün Korreksiya

Bəzən elə olur ki, prosesdən sonra tüklər tamamilə təmizlənmir. Bu zaman, həkim-kosmetoloqlar korreksiyadan istifadə edirlər. Korreksiya dedikdə epilyasiya sonrası dəridə qalan kiçik və ya gözdən qaçmış tüklərin tamamilə təmizlənməsi nəzərdə tutulur. Korreksiya zamanı diqqətli olmaq lazımdır. Uzun və qalın tükləri məhv etmək üçün tətbiq edilən lazer işığının temperaturu kiçik tükləri məhv etmək üçün tətbiq edilən temperaturla eyni deyil. Belə ki, ilk prosedur zamanı, lazer işığı daha isti və daha intensiv olur. Korreksiya zamanı isə işıq daha az intensiv və nisbətən daha az temperaturlu olur. Ola bilər ki temperatur fərqləri pasiyent tərəfindən cüzi hiss olunsun, lakin mütəxəssis hər bir detalı nəzərə almalıdır. 

Bundan əlavə, kosmetoloqun tətbiq etdiyi korreksiyanın növü ilk mərhələdə istifadə olunan lazer epilyasiyanın növündən, temperaturundan və müddətindən asılıdır. Epilyasiyanın tam zərərsiz nəticələr göstərməsi üçün korreksiyanın düzgün tətbiq edilməsi vacibdir. Tükləri korreksiya vasitəsilə tam aradan qaldıran həkim-kosmetoloq əvvəlcə tətbiq edilmiş epilyasiyanın detallarını dəqiq bilməlidir. Lazer epilyasiya zamanı dəri yüksək istiliyə malik işığa məruz qaldığından, temperatura nəzarət etmək mütləqdir. Xüsusilə, həssas dəriyə lazer işığı həddən artıq istiliklə tətbiq olunduqda, fəsadlar daha dərin ola bilər. 

Lazer Epilyasiyası Ağrılı Prosesdir?

lazer epilyasiya

Epilyasiyadan sonrakı 2-3 gün ərzində dəridə günəş yanmasına bənzər hiss verən kiçik qızarmalar və qaşıntıların olması normaldır. Lakin prosesinin özü ağrılı deyil. Əvvəl də qeyd etdiyimiz kimi, lazer epilyasiya digər metodlarla müqayisədə ən az ağrı ilə tüklərin aradan qaldırılmasını təmin edir. Ümumiyyətlə, lazer epilyasiyası klinikalarda tətbiq edilən digər kosmetoloji vasitələr (məsələn mezoterapiya kimi tam steril şəraitdə həyata keçirilir və pasiyent bütün prosedurdan oyaq şəkildə xəbərdar olur.

Epilyasiya prosesinin ağrısız olması, əsasən, kosmetoloqdan asılıdır. Lazer işığının temperaturunun dəri tipinə uyğun tənzimlənməməsi bir az ağrıya səbəb ola bilər. Həmçinin, həkim-kosmetoloq proseduru tətbiq edərkən diqqətli olmalıdır. Məsələn, göz ətrafı bölgənin epilyasiyası zamanı son dərəcə diqqətli olmaq lazımdır ki, lazer işığı gözə təsir etməsin. Əks halda, gözün lazer işığına məruz qalması dərin fəsadlara yol aça bilər. Buna görə də, həm pasiyent, həm də həkim-kosmetoloq epilyasiya zamanı xüsusi eynək taxmalıdır.

Ən Sonda

Lazer epilyasiyadan istifadə edən xanımlar bu prosedurun faydalarını və qalıcı effektlərini bilirlər. Lakin bundan heç vaxt istifadə etməmiş xanımlar bu kosmetoloji prosedura etibar etməkdə çətinlik çəkirlər. Halbuki, lazer epilyasiya tam ağrısızdır və epilyasiyanın tətbiqi, istisna hallar olmaqla, hər bir xanım üçün mümkündür. Kosmetoloq və dermatoloqların tövsiyə etdiyi epilyasiyası arzuolunmaz tüklərin birdəfəlik yox edilməsini təmin edir. Lakin epilyasiyadan öncə detallı şəkildə müayinə edilərək prosedur üçün uyğun olub-olmadığınız həkim və ya kosmetoloq tərəfindən təsdiq edilməlidir.

Şərh yaz