Laminasiya və Onun Kirpiklərə Tətbiqi Üsulları

Demək olar ki, hər bir qadın gözəl və cəlbedici baxışlarının olmasını istəyir. Burada gözlər nə qədər rol oynayırsa, kirpiklər də o dərəcədə əhəmiyyət daşıyır. Kirpiklər gözlərin daha da cəlbedici görünməsinə kömək edir. Lakin bəzi qadınların kirpikləri kiçik olur. Bəzən kirpiklər nəzərə çarpan dərəcədə həcmli olmur və bu zaman xanımları narahat edir. Bu da öz növbəsində bəzən qadınların özgüvən hissinin azalmasına və ya özlərinin kifayət qədər gözəl olmadıqlarını düşünmələrinə gətirib çıxarır. Lakin belə bir prosedur var və demək olar ki, bir çox ölkələrdə həyata keçirilir. Bu kosmetik prosedur laminasiya adlanır. 

Ümumiyyətlə, bir çox qadınlar gözəllik aşiqi olduqlarına və gözəl olmağın vacib olduğunu düşünərək müxtəlif prosedurlardan yararlanırlar. Əvvəllər heç kimin ağlına belə gəlməzdi ki, heç bir süni kirpikdən istifadə etmədən kirpiklərin uzadılması mümkündür. 

Kirpik laminasiyası nədir? 

Çoxunuz kirpik laminasiyasını kirpik qaldırılması və ya kirpik qaynağı ilə qarışdıra bilər. Lakin sadaladığım prosedurlardan fərqli olaraq bu təbii kosmetik prosedurdur. Yəni müraciət edən müştərinin öz kirpiklərinin müəyyən kimyəvi vasitələrin köməyilə gözlərinin ölçüsünə görə müəyyən ölçüdə böyüdülməsidir. Bu prosedur kirpiklərinizin daha qalın, möhkəm, sağlam olmasını təmin edir. Həmçinin, kirpiklər daha həcmli olur və yuxarı qalxaraq daha gözəl görüntü əldə edir. Kirpik laminasiyası üçün keratin adlanan maddədən istifadə olunur.

Kirpik laminasiyası kirpikləri həm də qidalandırır və keratindən istifadə etməklə onun həcm və möhkəmliyinin daha qalıcı olmasına kömək edir.

Keratin 

Keratin adlı kimyəvi maddənin saçlar üçün istifadə olunduğunu bilirsiniz. Heç bilirdinizmi ki, keratin maddə kirpiklərin laminasiya olunmasında istifadə olunur? Bilmirdinizsə, bu bloqu oxuyaraq öyrənəcəksiniz. Keratin kirpiklərin tərkibində də var. O, kirpiklərin ən vacib komponentidir. Ona görə də onların səviyyələrinin nə dərəcədə və necə fərqləndiyini bilmək lazımdır. Təbii kirpiklər 75% dən 96 % ə kimi təbii keratindən ibarət olur. Lakin nəzərə almaq lazımdır ki, tünd dərili qadınların kirpiklərindəki keratinin miqdarı açıq rəngli qadınların kirpiklərindəki keratinin miqdarından az olur. Ancaq tünd dərili xanımların kirpiklərinin qoruyucu üst qatı daha qalındır və kirpiklərin qaldırılması və dalğasını dəyişmək bir az vaxt aparır.

Kirpik Laminasiyası Necə Edilir

Kirpik laminasiyası prosedurunu icra edərkən göz qapağına xüsusi örtük qoyulur, kirpiklər səliqəyə salındıqdan sonra aktivator tətbiq olunur. Bu kirpiyi zədələmir, sadəcə burur və yuxarı qaldırılmasına kömək edir. Bundan əlavə nəzərinizə çatdırmaq istərdim ki, bu aktivator maddənin tərkibində lanolin var. Lanolin maddə kirpikləri nəmləndirir. Aktivatoru sildikdən sonra kirpiklərin formasını qorumaq üçün xüsusi məhlul tətbiq edilir. Növbəti mərhələdə kirpiklər rənglənir.

Müalicə prosesində kirpikləri qidalandırma ilə təmin etmək üçün müxtəlif vitamin və minerallardan ibarət Botoksdan da istifadə etmək olar. Botoks bir növ kirpikləri gücləndirmək və qalınlaşdırmaq üçün istifadə olunan vasitədir. Bunu digər botoks prosedurla səhv salmayın.

Sonda isə keratin maddə kirpiklərə tətbiq edilir. Sonra göz qapağına qoyulmuş örtük götürülür. Bununla da laminasiya prosesi başa çatır.

Gözaltı qırışlar da sizi narahat edirsə müəyyən prosedurlardan keçib sonra kirpik laminasiya prosedurundan faydalana bilərsiniz.

Kirpik Qaynağı

laminasiya

Kirpik qaynağı üçün xüsusi yapışdırıcı məhsullardan istifadə olunur. Süni kirpiklər sizin öz kirpiklərinizin üzərinə yapışdırlır. Bu tipdə olan kirpiklər at, insan tükündən, sintetik materiallardan hazırlanır. Bu prosedurdan qısa müddət ərzində yararlanıb həcmli, gur kirpiklər əldə edə bilərsiniz.Tuşdan istifadə etməyinizə ehtiyac qalmır. İki saat sonra gözəl nəticə əldə edə bilərsiniz. Ancaq qısa müddət ərzində bu kirpiklər tökülür və sizin təbii kirpiklərinizin özlərinə gəlib bərpa olunmaları üçün vaxt tələb olunur. Ona görə də kirpik laminasiyası bu prosedurdan daha əhəmiyyətli hesab olunur. Ona görə ki, kirpik qaynağı proseduru süni materiallarla həyata keçirilir və təbii kirpiklərin uzanma şansını azaldır. Aşağıda kirpik laminasiyası proseduru və kirpik qaynağı proseduru haqqında məlumat verməyə çalışdıq. Onları oxuyub qərarın verilməsini sizə həvalə edirik.

Kirpik Laminasiyası yoxsa Kirpik Qaynağı

Kirpiklər üçün yerinə yetirilən digər prosedurlardan fərqli olaraq, laminasiya qalıcılıq müddətinin uzun olması ilə fərqlənir. Məsələn, kirpik genişlənməsi proseduru ilə kirpiklər ortalama üç və ya dörd həftə ərzində formada olur. Bunun bir çox mənfi tərərfləri də var. Prosedurdan keçmiş müştəri kirpiklərini hər gün daramalı və onları xüsusi şampunla yumalıdır. Necə ki, biorevitalizasiya üsulunudan faydalanarkən xüsusi vasitələrdən istifadə edilir. Üstəlik, bu kirpiklərlə yastığa üzü üstə baş qoymaq olmaz. Qoyulmuş kirpiklər zədələnə və korlana bilər. Korreksiya etdikdən sonra dərinizin qeydinə necə qalırsınızsa, laminasiyadan sonra da kirpiklərinizin qayğısına qalmalısınız. 

Yüksək temperaturdan qorunmaq və buxardan uzaq durmaq lazımdır, hansı ki elə ən çox gündəlik fəaliyyətlər zamanı, məsələn, yemək bişirən və ya saunaya, spaya gedən zaman qarşılaşa biləcəyiniz hallardır. Bundan fərqli olaraq, kirpik laminasıyası etdikdən sonra siz nə istədiyinizi etməkdə azadsınız. Siz laminasiya etdikdən 24 saat sonra üzünüzü yuya, gözlərinizi qaşıya, kirpiklərinizə kosmetik vasitə vura bilərsiniz. Həmçinin, dənizdə və ya hovuzda rahat şəkildə üzə və yastığınızı qucaqlayaraq rahat şəkildə yata bilərsiniz. Lakin ilk 24 saat ərzində heç bir şey etməməyiniz məsləhət görülür. Eyni hal karbon pilinq edərkən də keçərlidir.

Kirpiklərinizi laminasiya etmisinizsə əmin ola bilərsiniz ki, laminasiya altı və daha çox müddət ərzində qalıcı olacaq. Kirpik qaynağı isə yaxşı qulluq etdikdə səkkiz və ya on həftə ərzində qalıcı olur.

Vertiqo

Əlavə olaraq bir faktı nəzərinizə çatdırmaq istərdim ki, kirpiklərini laminasiya etdirən müştərilərin təxminən 70%-i vertiqo yəni baş gicəllənməsi kimi xoşagəlməz haldan qurtulur. Təbii və ya travma ilə yaranmasından asılı olmayaraq buna laqeyd yanaşmaq olmaz. Ona görə ki, tətbiq olunan zaman kirpiklər daranır və düz istiqamətə yönəldilir. Kirpiklərin qaynağı prosedurunda isə kirpiklərin ağırlığı onların istiqamətini dəyişə bilər hansi ki, vertiqo vəziyyətinin yaranmasına səbəb olur.    

Ekseprtlər hətta bildirirlər ki, kirpik qaynağı prosedurundan sonra hər 7 aydan bir fasilə vermək lazımdır. Bundan fərqli olaraq, kirpik laminasiya prosedurunu fasilə vermədən həyata keçirə bilərsiniz.

Kirpik Laminasiyasının faydaları

1.Kirpiklər qidalandırılır və nəmləndirilir.

2.Kirpiklər əlavə qulluq tələb etmir.

3.Kirpiklər ağır olmur.

4.Kirpiklər tökülmür.

5.Tuş sürtülərkən kirpiklərdən süzülmür.

6.Yuxudan duranda formasını itirmir.

7.Günəş şüası və şaxta əleyhinə qoruyucu təsirə malikdir.

Laminasiya etməməyiniz məsləhətdir

kosmetologiya

Aşağıdakı hallarda laminasiya etməməyiniz məsləhət görülür.

1.Konyunktivit 

2.Dermatit

3.Göz xərçəngi

4.Üz sinirində iflic

5.Kimyəvi terapiya 

6.Göz qapağında kistlər 

7.Güclü alergiya 

8.Göz əməlliyatı

9.Hamiləlik

Bu hallardan heç biri ilə qarşılaşmamısınızsa, o zaman peşəkar bir mütəxəssis tapıb bu prosedurdan yararlana bilərsiniz.

Əgər gözlərinizə linza taxırsınızsa, bu zaman linza taxdığınız barədə mütəxəssisi əvvəlcədən məlumatlandırmalısınız. Bu prosedur həyata keçirilərkən gözləriniz təmiz olmalı və üzərində heç bir yad cisim olmamalıdır.

Həmçinin, bu müalicə proseduru zamanı alkoqol içki qəbul etmək məsləhət görülmür. Ona görə ki, alkoqol maddənin tərkibində olan aldehid ağlayarkən ifraz olunur və kirpikləri zədələmə təsirinə malikdir. Bunun nəticəsində kirpik laminasiya proseduru effektiv nəticələr verməyə bilər.

Psixoloji cəhətdən hazırlıq

Hər bir kosmetik prosedur barədə oxuyub onu sınamağa tələsməyin. Kosmetik prosedurdan keçməyə qərar verməzdən əvvəl psixoloji cəhətdən hazır olun. Qəti şəkildə qərarlı olsanız hər şeyin öhdəsindən gələ bilərsiniz.

Aldanmayın

Bəzi gözəllik salonlarında heç bir avadanlıq, steril alətlər olmur. Lakin bəzi dırnaqarası mütəxəssislər ucuz qiymətə laminasiya etdiklərini deyərək, sizin diqqətinizi cəlb edə bilərlər və ya yaxud kimsə sizi inandıra bilər ki, ev şəraitində heç bir problem olmadan kirpik laminasiyası edir və sizə zəmanət verir. Qətiyyən, bu kimi hallarda özünüzü aldatmayın. Bütün kosmetik prosedurlar, o cümlədən də kirpiklərin laminasiya olunması təmiz, steril şəraitdə, öz işini bilən bir insan tərərfindən aparılmalıdır. İstifadə olunan alətlər steril vəziyyətdə olmalı və təmiz bir yerdə saxlanılmalıdır.

Son olaraq 

Son olaraq bildirmək istərdim ki, təbii olaraq gözəl olmaq hər şeydən önəmlidir. Çalışın süni gözəlləşdirmə vasitələrindən, prosedurlardan uzaq durasınız. Kirpiklərinizin kiçikliyi, nazikliyi sizi narahat edirsə, özünüzü gərgin hiss etməyinizə səbəb olursa, o zaman laminasiya barədə məlumatlar əldə etməyinizi məsləhət görürük. Ətraflı olaraq tədqiqat aparıb sonra bu prosedurdan yararlanıb yararlanmayacağınıza qərar verin. Onu deyə bilərik ki, kirpik laminasiyası kirpik üçün həyata keçirilən digər prosedurlardan daha təhlükəsizdir. Etməli olduğunuz tək şey özünüzü hazır hiss etmək və yaxşı mütəxəssis tapmaqdır. Bundan əlavə, kosmetologiya haqqında oxuyub digər prosedurlar barədə məlumatlanmağınızı tövsiyə edirik.

Şərh yaz