Kosmetologiya və Onun Sahələri Haqqında Bilmədikləriniz

Son illərdə “kosmetologiya” sözünə gözəllik salonlarında və bir çox oxşar müəssisələrdə tez-tez rast gəlirik. Bəs kosmetologiya nədir? Kosmetologiya bir elm sahəsi olub, gözəllik müalicəsinin tətbiqi ilə məşğuldur. Kosmetologiyanın bir çox sahəsi və bu sahələrin özlərinin də geniş fərqli gözəllik üsullari var. Ümumi olaraq, bunlara saç düzümü, dəriyə qulluq, kosmetika, manikür və pedikür, istənməyən tüklərdən azad olma prosesləri və b. prosedurlar aiddir. 

Kosmetologiya sahəsi xarici görünüşdə olan bir çox qusurları aradan qaldırmaq üçün müraciət olunan gözəllik sahəsidir. Kosmetoloji proseslərin sizdə qoyduğu fiziki dəyişikliklərdən əlavə, bu proseslər ruhun cavan qalmasına da müsbət təsir göstərir. Belə ki, siz komplekslərinizdən azad olmaqla, və ya sadəcə özünüzə vaxt ayırıb qulluq etməklə, siz özünüzü psixoloji sağlam və ruhən cavan hiss edirsiniz.

Kosmetologiyanın Tarixi

Gəlin kosmetologiyanın tarixinə baxaq. Mənbələrə görə, kosmetologiya ilk Mesopotamiyada mövcud olmuşdur. Ancaq yüksək sinifə aid olan varlı və elit cəmiyyət üzlərini və dırnaqlarını rəngləyə bilərdilər. Misir heroqliflərinə görə, yüksək təbəqədən olan kişi və qadınlar göz nayihələrini rəngləyirlərmiş. Qədim Yunan dövlətində isə vəziyyət fərqli idi. Deyilənə görə, Sparta şəhərindən olan qadınlara kosmetik vasitələr, əsasən də üz boyama qadağan olunmuşdur. Səbəb isə, onların inanclarına görə, Sparta xanımları anadangəlmə, digərlərindən üstün olan gözəlliyə malik olurmuş. Buna görə də Spartalı qadınlar hamam, spa, manikür, saç düzümləri ilə məşğul olurmuşlar. Roma İmperiyası genişləndikdə onlar Yunan mədəniyyətini və digər ölkələri işğal etdikcə gözəllik vərdişlərini mənimsəmişdilər. Beləliklə də, kosmetoloji adətlər də yayılmağa başlamışdır. 

Kosmetologiyanın Növləri

Kosmetologiyanın 2 növü var: müalicə və cərrahiyə. Qeyd olunmuş növlərə aid metodlar da özlüyündə fərqlənir. Müalicəvi kosmetologiyada dəri qatının cərrahiyəsiz yaxşılaşdırılması prosedurları apararılır. Müalicəvi dəri qulluğuna müxtəlif maddələrlə üz dərisinin təmizlənməsi, qidalandırılması, və nəmləndirilməsi aiddir. Həmçinin, üz massajları, mezoterapiya və fizioterapiya da cərrahiyəsiz kosmetologiyanın növünə aiddir. Cərrahiyə növündə isə, kosmetoloq şəxsə cərrahi müdaxilə olunur. 

Müalicəvi Kosmetologiya Növləri

kosmetologiya

Dərinin bizim ən böyük orqanımız olması yeganə səbəb deyil ki, biz dərimizə xüsusi qulluq göstərməliyik. Dəri həm də bizim infeksiyaya qarşı qoruna biləcəyimiz ən böyük dəstəkdir. Biz dərimizə qulluq etdiyimiz, onu nəm və sağlam saxladığımız müddətcə infeksiyaya qarşı maneə daha da güclü olur. Bu, həm də, dəridə qoruyucu qatın möhkəm qalmasına öz müsbət təsirini göstərir. 

Bu səbəblərə görə biz mütəmadi olaraq kosmetologiya mərkəzlərinə üz tutmalıyıq. Dəriyə qulluğun çox növləri var. Növbəti paraqraflarda dəriyə qulluğun bir neçə növü haqda qısa məlumatlarla tanış ola bilərsiniz. 

Biorevitalizasiya

Dəri yaşlanmasının qarşısını almaq üçün istifadə olunan kosmetologiya sahələrindən biri də biorevitalizasiyadır. Bildiyimiz kimi, qocalma hüceyrə bölüməsi dayananda başlayır. Biorevitalizasiya zamanı dəriyə qialouron turşusu yeridilir. Bu turşu hüceyrələrin qidalanmasına və bölünməsinə başlıca xidmət edir. Nə zaman və hansı halda bu üsuldan istifadə etmək olar:

· Dəridə qırışlar və zədələr olduqda

· Dəri quru və elastikliyini itirmiş olanda

· Ultrabənövşəyi şüalanmanın səbəb olduğu problemlərlə mübarizədə

· Dəri rəngi boğuq və ləkəli olduqda

· Dəri qatında piy vəziləri həddən artıq çox yağ ifraz etdikdə

· Dəri məsamələri genişlənəndə.

Biorevitalizasiya üz baxımı sayəsində dərinin funksionallığı artır. Belə ki, biorevitalizasiya dəri elastikliyini bərpa edir, göz altında qara ləkələri aradan qaldırır, qırışları və piqment ləkələri yox edir. Bir müsbət cəhət də odur ki, onun təsiri 3-6 aydan bir neçə ilə qədər saxlanıla bilir. Bu, dəri növündən asılı olaraq dəyişir. Bəzi hallarda biorevitalizasiyanin tətbiqi məhdudlaşır. Bu hallar aşağıdakılardır:

· Hamiləlik və laktasiya dövrü

· Autoimum xəstəliklər

· Onkoloji xəstəliklər

· Kəskinləşən xroniki xəstəliklər

· Yüksək qızdırma

· Dəri törəmələrinin meydana gəlməsi

· 25 yaşından aşağı şəxslər.

Mezoterapiya

mezoterapiya

Mezoterapiya dəri altına müalicəvi dərmanların cərrahiyəsiz yeridilməsidir. Mezoterapiyanın da bir neçə növü var və tətbiq olunma sahəsinə görə fərqlənir. Saç mezoterapiyası prosesi zamanı müəyyən dərmanlar və vitaminlər mikro-iynələr vasitəsilə baş dərisinə yeridilir. Bu üsuldan saç tökülməsinin qaşısını almaq və tökülən saçları bərpa etmək üçün istifadə olunur. Dərinin yetəri qədər qidalandırılmaması və qulluq əksikliyi saç tökülməsinin başlıca səbəblərindən biridir. Mezoterapiya baş dərisinin sağlamlığını qorumaq üçün istifadə olunan üsullardan ən effektlisi və tez əldə olunanıdır. 

Digər mezoterapiya növündən sellülitdən qurtulmaq üçün istifadə olunur. Bunun sayəsində siz artiq çəkidən və bədənin müəyyən nayihəsində yığılan piylərdən sürətli və efektiv yolla azad ola bilrsiniz. Bundan əlavə, mezoterapiyanın bir növü də həddən artıq dəri yağlanmasını müalicə edir. Əslində, dərinin yağlı olması onun gec qırışacağına səbəb olur. Amma həddən artıq yağlılıq isə sızanaqların yaranmasına səbəb olur. Sızanaqlar da, bildiyimiz kimi, düzgün müalicə olunmadıqda özlüyündə infeksiya mənbəyinə çevrilir və böyük fəsadlar törədə bilir. 

Baxmayaraq ki, mezoterapiyanın kosmetologiya sahəsində bir çox üstünlükləri var, təəssüf ki, hər kəsə tətbiq oluna bilmir. Aşağıda qeyd olunan şəxslər mezoterapiyadan istifadə edə bilməz:

· Hamilələr

· Şəkərli diabet xəstələri

· İflic keçirmiş şəxslər

· Xərçəng xəstələri

· Qan laxtalanması problemi olan şəxslər

· Bəzi hallaqda ürək xəstələri

Dərman qəbul etdikdən sonra ürək xəstələrinə mezoterapiyanı tətbiq etmək olmaz. Ümumiyyətlə, hər bir halda, hər hansı dərmanı qəbul etmisinizsə kosmetoloqun bilməsi zəruridir. Əgər məsləhət görülərsə, sizə tətbiq edilə bilər. 

Pilinq

Pilinq üz dərisi baxımı üsullarından biridir, dəri səthinin keyfiyyətinin yaxşılaşdırılması üçün istifadə olunur. Pilinq proseduru zamanı dərinin köhnə üst qatı kimyəvi qarışıqlarla kosmetoloq tərəfindın tədricən soyulur. Ən çox dəri qırışıqlıqlarıdan xilas olmaqçun tətbiq olunan pilinq, kosmetologiya sahəsində geniş yayılıb. Pilinq sayəsində yeni dəri toxumaları yaranır, dəri hamarlaşır, çapıq, ziyil, və digər yara izlərı həmişəlik yoxa çıxır. Bunun sayəsində, xanımlar daha cavan görünür və nöqsansız dəriyə malik olurlar. Nə qədər asan prosesə oxşasa da, karbon pilinq aşağıda qeyd olunmuş hallarda tətbiq oluna bilməz:

· Hamiləlik və laktasiya dövrü

· Dəri xərçəngi olduğu halda

· Həssas və infeksiyaya meyilli dəri olduqda

· İltihabi yara olduğu halda

· Dərinin gündə yandıqda

· İmmunitet zəifliyi müşahidə olunduğu halda

· Son 2-6 ayda dəridə plastik əməliyyat olunduğu halda

Lazer Epilyasiyası

lazer epilyasiya

Lazer epilyasiyası sayəsində nəinki qadınlar, kişilər də bədənin istənilən nayihəsində olan arzuolunmaz tüklərdən rahatlıqla qurtula bilir. Lazer epilyasiyasının şüaları dəridən sadəcə 2-5 mm dərinliyə qədər, ancaq tüklərin köklərinə və soğanaqlarına təsir edir. Buna görə də, lazer epilyasiyasının daxili orqanlara heç bir zərəri yoxdur. Lakin, lazer epilyasiyası zamanı gözlərə xüsusi qoruyucu eynək taxmaq mütləqdir. 

Lazer epilyasiyasının bir neçə növü var. Bunlardan ən çox istifadə olunanları Diod və Aleksandrit lazerdir. Bunlar lazer şüası dalğasının uzunluğuna görə fərqlənir. Buna görə də, tətbiq olunan sahədən asılı olaraq seçim edilir. İstənməyən tüklərdən azan olmanın başqa növü lipuçka metodudur. Kosmetologiyanın bu növü ağrılı olmasına görə tanınır. Bu səbəbə görə də, baxmayaraq ki lipuçkanın öz tərəfdarları var, lazer epilyasiyası az ağrılı olduğu üçün daha çox tərcih edilir. Nəzərinizə çatdırım ki, Alksandrite və ya Diode lazer epilyasiyası tamamilə ağrısız deyil. Amma, soyuq hava veən aparatlar sayəsində ağrı yox dərəcəsinə endirilə bilir. 

Bonus Məsləhət

Bundan əlavə, əgər bir kosmetoloqun yanına getmisiz və müalicəsindən razı qalmısınzsa, həmişə onun yanına getməyiniz məsləhət görülür. Kosmetoloji xidmətlərin adı eyni olsa da, tətbiqi və effektivliyi kosmetoloqa görə dəyişir. Güvəndiyiniz şəxsi kosmetoloqun olması bir çox səbəbə görə zəruridir. Ən əsas səbəb odur ki, şəxsi kosmetoloq bizim dərimizin necə strukturaya malik olduğunu artıq bilir. Buna görə də, müalicə müddətini sizin dərinizə görə tətbiq edib, ona uyğun məsləhətlər verəcək.

Kosmetologiya hər kəsə lazımdır

Baxımlı olmaq təkcə başqalarına xoş görünmək demək deyil, o, şəxsin özünə verdiyi dəyəri və sevgisini bildirir. Kosmetologiya həm dəri müalicəsi və yaxşılaşdırılmasından, həm də saç stilindən, dırnaqların estetik və sağlam görünüşündən, makiyajdan, tüklərin birdəfəlik və müvəqqəti yox edilməsindən ibarətdir. 

Günümüzdə də kosmetologiya xarici görünüşün müsbətə doğru dəyişdirilməsi üçün istifadə olunur. Ən çox xanımların tərcih etdiyi bu sahəyə son vaxtlar kişilərin də marağı artıb. Bu maraq özünü ən çox istənməyən tüklərin lazer epilyasiyası üsulu ilə yox edilməsində göstərir. Baxmayaraq ki bu hal cəmiyyət tərəfindən xoş qarşılanmır, kosmetoloji dəstək komplekslərdən qurtulmağın vacib yolu kimi görünür. Buna görə də, hər kəsin, cinsiyyətindən asılı olmayaraq kosmetoloji dəstək alması zəruridir. 

Şərh yaz