Korreksiya və Onun Növləri Haqqında Dəyərli Bilgilər

Xanımlar üz gözəlliyinə xüsusi önəm verirlər və gözəlliyi qorumaq üçün bir çox kosmetik və tibbi üsullardan faydalanırlar. Həm evdə, həm gözəllik salonlarında, həm də klinikalarda xanımların özləri və mütəxəssislər tərəfindən tətbiq olunan bir çox metodlar vardır. Tibbin və texnologiyanın sürətli inkişafı üz gözəlliyinə qulluğu daha da asanlaşdırmış və xanımlar üçün korreksiya kimi çox sayda kosmetoloji imkanlar yaratmışdır. Lakin bəzi hallarda xanımlar kosmetik metodları ev şəraitində tətbiq edə bilmir və mütəxəssis köməyinə ehtiyac duyurlar. Klinika şəraitində mütəxəssislər tərəfindən tətbiq edilən və gözəlliyə təminat verən prosedurlardan biri də korreksiyadır.

Korreksiya Nədir?

Korreksiya üzün hər hansı bir hissəsinin həcminin, formasının, və dolğunluğunun kosmetik və tibbi üsullarla dəyişdirilməsidir. Həmçinin, korreksiya üzə hər hansı bir kosmetik prosedur tətbiq olunduqdan sonra yaranan kiçik çatışmazlığın və ya artıqlığın müəyyən üsullarla düzəldilməsidir. Korreksiyadan istifadə son dövrlərdə çox geniş yayılmışdır. Bu prosedur həm dünyada, həm də ölkəmizdə ən effektiv kosmetik metod kimi dəbdədir. Korreksiyanı mütləq lisenziyalı və təlim görmüş həkim-kosmetoloqlar klinika şəraitində tətbiq edə bilər.

Korreksiyanın əsas məqsədi üz səthində və ya bədəndə anadangəlmə və ya estetik müdaxilədən sonra yaranan bəzi kiçik pozuntuların aradan qaldırılmasdır. Korreksiyanı adətən yalnız kiçik dəyişikliklər üçün tətbiq edirlər. Üzdə kiçik ölçülü dəyişikliklərin edilməsi və üzün fiziki gözəlləşdirilməsi üçün korreksiyanın tətbiqi idealdır. Həmçinin, korreksiyanın tətbiqi zamanı ciddi cərrahi müdaxiləyə ehtiyac olmur. Ağrısız və təbii yolla üz qüsurlarını aradan qaldırmağı və gözəlləşməyi sevənlər üçün korreksiyadan istifadə əvəzolunmazdır.

Korreksiyanın Növləri

Korreksiyanın müxtəlif növləri və hər bir növün də özünəməxsus tətbiq üsulları vardır. Hansı üsulun tətbiq olunacağını mütəxəssis və pasiyent birlikdə müəyyənləşdirir. İlk öncə, kosmetoloq pasiyentin üz dərisi ilə bağlı şikayətlərini və görmək istədiyi dəyişiklikləri öyrənir. Mütəxəssis üz dərisini müayinə etdikdən sonra diaqnoz qoyur və korreksiyanın hansı metodundan istifadə edəcəyinə qərar verir. Diaqnozun dəqiq qoyulması önəmlidir, çünki bu müalicə üsulu öz effektini tez bir zamanda göstərərək problemli hissəni dəqiqliklə müalicə edir. Buna görə də, üz dərisində olan problemin detallı şəkildə öyrənilməsi və doğru korreksiyanın tətbiqi vacibdir.

Korreksiyanın növləri haqqında çox uzun danışmaq olar. Tibbin sürətli inkişafı və texnoloji imkanların getdikcə artması innovativ metodların sayını gündən-günə artırır. Dodaqların dolğunlaşdırılması, burun korreksiyası, dodaqların incəldilməsi, kimyəvi pilinq, gözaltı torbaların və qaraltıların mezoterapiya vasitəsilə silinməsi, və lazer epilyasiyadan sonra qalan tüklərin təmizlənməsi effektiv üsullardandır. Klinikalarda həkim-kosmetoloqların tətbiq etdiyi metod daha effektlidir, çünki mütəxəssislər həm tibbi, həm də kosmetik normalara dəqiqliklə riayət edirlər.

Dodaqların Dolğunlaşdırılması

dodaq dolğusu

Gözəl və dolğun dodaqlara sahib olmaq gözəlliyə dəyər verən hər bir qadının arzusudur. Bəzi qadınların anadangəlmə dolğun dodaqları olsa da, digərlərinin həddindən artıq kiçik dodaqları vardır. Bəzi hallarda isə, gənc yaşlarda böyük həcmli dodaqları olan xanımların dodaqları yaş artdıqca getdikcə kiçilir. Estetik cərrahi müdaxilə sayəsində, dodaqları dolğunlaşdırmaq və arzuolunan həcmliliyi əldə etmək mümkündür. Dodaqların dolğunlaşdırılması ən effektiv korreksiya üsullarından biridir, hansı ki xanımlara həmişə arzuladıqları dolğun dodaqları bəxş edəcək. Əgər həddindən artıq incə və simmetrik olmayan dodaqlara sahibsinizsə, dodaq korreksiyası sizin üçün ideal seçimdir. 

Dodaqların həcminin böyüdülməsi geniş yayılmış kosmetik metodlardan biridir. Bu üsulla, dodaqların olçüsü genişlənir və qadınlar həmişə arzuladıqları həcmli dodaqlara sahib olurlar. Dodaq korreksiyası dodaq toxumalarına xüsusi hazırlanmış müxtəlif tibbi gellərin və maddələrin yeridilməsi nəticəsində həyata keçirilir. Dodaq korreksiyasını yalnız ixtisaslı həkim-kosmetoloqlara etibar etmək olar. Çünki mütəxəssis pasiyentin keçmişdə dodaqlarına tətbiq etdiyi tibbi metodları detallı şəkildə öyrənməli və diaqnoz qoymalıdır. Dodaqlara keçmişdə yeridilən maddələrlə indiki tətbiq olunan maddələr uyğun tərkiblərə malik olmalıdır. 

Burun Korreksiyası

Plastik əməliyyatsız burun formasının düzəldilməsi və müəyyən şişkinliklərin aradan qaldırılması burun korreksiyasıdır. Tredliftinq metodu da adlandırılan burun korreksiyası dərinin kosmetik üsulların tətbiqi nəticəsində dartılması ilə mümkündür. Xarici ölkələrdə geniş yayılmış burun korreksiyası estetik həkim-kosmetoloqlar tərəfindən tətbiq edilir. Belə ki, bu metod sayəsində, kiçik şişkinliklər və forma pozuntuları estetik cərrahiyyə əməliyyatı olmadan aradan qaldırılır. Mütəxəssislər burunun ölçüsünə və burunda olan spesifik problemə əsasən diaqnoz qoyur və korreksiyanı tətbiq edir.

Dodaqların İncəldilməsi

Dodaq korreksiyası ən effektiv üz cərrahiyyə üsullarından biridir. Dodaqların bu metod ilə kiçildilməsi həm dünyada, həm də ölkəmizdə getdikçə məşhurlaşır. Qadınlar ideal dolğunluqda və həcmdə olan dodaqlara sahib olmağı arzulayır. Bəzi qadınların dodaqları normadan daha böyük ölçülü olur. Bəzi hallarda isə, dodaqların dolğunlaşması üçün tətbiq edilən cərrahi üsulların uğursuzluğu həddindən artıq dolğun və böyük həcmli dodaqlar yaradır. Arzuolunmaz böyüklükdə və dolğunluqda olan dodaqlara kiçildici korreksiyanın tətbiqi məsləhət görülür. Həkim-kosmetoloqlar dodaq incəldən korreksiyanı alt və üst dodağa ayrıca və ya birlikdə tətbiq edə bilər.

Kimyəvi Pilinq

Pilinq də mütəxəssislər tərəfindən çox tövsiyə olunan korreksiya üsullarından biridir. Pilinqin əsas məqsədi dəri toxuma və qatlarının kimyəvi maddələrin tətbiqi vasitəsilə soyulması və yenilənməsidir. Pilinq dəri səthinin ləkəsiz, gənc görünüşünü və hamarlaşmasını təmin etmək üçün tətbiq edilən korreksiyadır. Bundan əlavə, pilinq dərinin rəng tonusunun parlaqlığını artırır. Pilinq effektiv korreksiya üsuludur, çünki pilinq sayəsində, yara izləri, sızanaqlar, və ölü dəri toxumaları aradan qaldırılır. Hamar, parlaq və gəncləşmiş dəriyə sahib olmaq istəyirsinizsə, pilinqə etibar edə bilərsiniz. Həkim-kosmetoloqlar klinika şəraitində dərinizə kimyəvi maddələrin qarışığını tətbiq edəcək və dəriniz tədricən soyulduqdan sonra yenilənəcək.

Gözaltı Korreksiyası

Gözaltı torbaların və qaralmaların aradan qaldırılması üçün gözaltı mezoterapiya korreksiyası ideal metoddur. Mezoterapiya dedikdə, mikro iynəciklər vasitəsilə dərinin alt təbəqələrinə xüsusi maddələrin qarışıqlarının yeridilməsi nəzərdə tutulur. Bu üsulla, bitki tərkibli maddələr, minerallar, turşular və digər qarışıqlar gözaltının alt qatlarına yeridilir. Mezoterapiya sayəsində gözaltı torbalar, şişkinliklər və qaraltılar tamamilə aradan qaldırılır. Klinikalarda həkim-kosmetoloqlar tərəfindən tətbiq edilən mezoterapiya ən güclü və effektiv təsirə malik korreksiya metodlarından biridir. Gözaltı torbaların vəziyyətini və qaralmaların dərəcəsini nəzərə alaraq mütəxəssis pasiyentə diaqnoz qoyur və xüsusi hazırlanmış qarışığı mezoterapiya vasitəsilə tətbiq edir.

Lazer Epilyasiya Sonrası Korreksiya

Bəzi hallarda, lazer epilyasiya sonrası gözə görünməyən və çox kiçik tüklər dəridə qalır. Aydındır ki, dərinin tüklərdən tamamilə təmizlənməsi üçün müəyyən müddət tələb olunur. Korreksiyanın da köməyilə, dəri tüklərdən tamamilə azad olur. Belə ki, lazer epilyasiya mütəxəssislər tərəfindən tətbiq olunmadıqda, ilk seanslardan sonra məlum olur ki, dərinin bəzi hissələri nəzərdən qaçıb və ya təmizlənməyib. Belə hallarda, korreksiyanı tətbiq edirlər və dərini bütün tüklərdən təmizləyirlər. Effektiv korreksiya klinikalarda həyata keçirilir, çünki mütəxəssislər kiçik tükləri nəzərdən qaçırmayan müşahidə cihazına sahibdir. Lazer epilyasiyası korreksiyasından sonra dəri səthindəki xoşagəlməyən və arzuolunmaz tüklər tamamilə təmizlənir.

Korreksiyanı Ev Şəraitində Tətbiq Etmək Olar?

Bu sualın cavabı korreksiyanın hansı növündən istifadə edəcəyinizdən asılıdır. Dodaqların dolğunlaşması, burnun korreksiyası, dodaqların incəldilməsi, kimyəvi pilinq, və gözaltı torbaların korreksiyası mütləq klinika şəraitində tətbiq edilməlidir. Korreksiyanın bu növləri mütləq həkim-kosmetoloq diaqnozu, nəzarəti, və iştirakı ilə həyata keçirilməlidir. Lakin lazer epilyasiyadan sonrakı korreksiyanı həm ev həm də klinika şəraitində tətbiq edirlər. Tüklərin ölçüsündən asılı olaraq buna pasiyent və həkim-kosmetoloq qərar verə bilər. Ümumiyyətlə, korreksiyanın tətbiqindən həm əvvəl, həm də sonra, mütəxəssis məsləhətindın faydalanmaq vacibdir.

Ən Sonda

Həm anadangəlmə səbəblərdən, həm də müxtəlif kosmetik metodların tətbiqi nəticəsində, üzdə yaranmış kiçik pozuntuların düzəldilməsi korreksiyanın sayəsində mümkündür. Belə ki, çatışmazlıqlar bərpa edilir, artıqlıqlar isə aradan qaldırılır. Həkim və ya kosmetoloq üz dərisinin detallı müayinəsindən sonra hansı korreksiya üsulundan istifadə edəcəyinə qərar verir və effektiv müalicə planı hazırlayır.

Korreksiyanın üz dərisinin gözəlləşməsində böyük rolu vardır. Uğurlu korreksiya tətbiqi nəticəsində üz dərisindəki problemlər aradan qaldırılır. Dəriniz hamarlaşır, parlaqlaşır, yenidən bərpa olunur, fiziki qüsurlar aradan qalxır, və ideal dəriyə sahib olursunuz. Gözəllik xanımların sahib olmaq istədiyi ən dəyərli şeydir. Ona görə də, gözəlləşmək üçün bir çox kosmetik üsullara müraciət etməyə, pul və vaxt sərf etməyə dəyər. Sizi gözəlləşdirmək gücünə sahib ən effektiv kosmetoloji üsullardan biri də məhz korreksiyadır. 

Şərh yaz