Kavitasiya müalicə metodunun tətbiqi və üstünlükləri

Yəqin ki, davamlı olaraq kilo verməyə cəhd etməkdən, amma heç bir nəticə əldə etməməkdən daha çox əsəb korlayan və motivasiyanı salan başqa bir şey yoxdur. Bəzən nə qədər diyeta tutsanız və idmanla məşğul olsanız da qarın yağları və sellülit kimi problemlərdən qaçmaq mümkünsüz olur. Ənənəvi kilo vermək üsulları və diyetalar bir çox hallarda bədənin “özünü qoruma” rejiminə keçməsinə səbəb olur. Bu zaman maddələr mübadiləsi zəifləməyə başlayır, arıqlamaq və yağ yandırmaq kimi proseslər tədricən bədən üçün çətinləşir. Bu tərz çəki atmaq üsullarından fərqli olaraq, kavitasiya müalicə üsulu bədəndəki yağların qorunması prosesinə mane olur və artıq yağlar təbii yollarla bədəndən xaric olur. Ultrasəs kavitasiya 2010-cu ildən bəri geniş istifadə olunur.

Ultrasəs Kavitasiya nədir?

Ultrasonik səs dalğalarının köməyi ilə yağ və sellülit toxumalarının müalicə üsulu tibb dünyasında kavitasiya adlandırılmışdır. Bu prosedur zamanı ultrasəs dalğaları bədənə xaricdən, yəni dəri üzərindən verilir. Müalicə aparatı yağ hüceyrələrinin divarlarını parçalamaq üçün yüksək tezlikli səs dalğalarından istifadə edərək, həmin hüceyrələrin tərkibindəki artıq yağ turşularının qaraciyər tərəfindən işlənərək tər və sidik kimi müxtəlif yollarla bədəndən xaric olmasına səbəb olur. 

Bu metodu bir növ əməliyyatsız liposaksiya da adlandırmaq olar. Proses zamanı dəri örtüyü, birləşdirici, həmçinin sümük toxumaları, kapilyarlar və heç bir orqan zədə almır. Kavitasiya aparatının tezliyi azaldıqda o, daha dərin yağ toxumalarını, artdıqda isə səthi yağ toxumalarını həll edir. Radiofrekans və bir çox müxtəlif müalicə metodları kimi bu terapiya üsulu da cinsiyyətindən asılı olmayaraq həm qadın, həm də kişilər üzərində tətbiq edilə bilər. Prosedura məruz qalan insanlara artıq çəki olduqda, müalicədən əlavə, düzgün qidalanmaya əsaslanan diyetlər də təklif oluna bilər və belə hallarda, müştərilər xərcləyə biləcəklərindən daha çox kalori qəbul etməməlidirlər. Seanslar və diyetlə birlikdə bəzən pasiyentlərə yüksək tempolu idmanlar da tövsiyə olunur.

Kavitasiya Prosedurunun Üstünlükləri

Ultrasəs bir çox diaqnostik və müalicəvi tibbi prosedurlarda müntəzəm olaraq istifadə olunur. Xüsusilə, cərrahi prosedurları tələb edən yağ azaldılmasının digər üsulları ilə müqayisədə demək olar ki, heç bir risk yoxdur. Cərrahi üsullardan fərqli olaraq bu cür müalicə zamanı heç biri yara izi, infeksiya riski, ağrı və ya qanaxma olmur. Kavitasiya aparatı, lazer epilyasiyası qədər təhlükəsiz və zərərsiz prosesdir. Müalicə götürən şəxs heç bir narahatlıq hissi olmadan gündəlik həyatına qayıda bilər.

Terapiyanın digər üstün cəhətlərindən biri də seansların çox vaxt tələb etməməsidir. Belə ki, hər seans tətbiq olunan nahiyədən asılı olaraq yalnız 20-60 dəqiqə çəkir. Tətbiq zamanı əlavə heç bir hazırlığa ehtiyac yoxdur. Üzərinizə düşən vəzifə sadəcə olaraq bol su qəbul etməkdir. Prosedur sellülitin müalicəsi, lipomanın azalması və liposaksiya əməliyyatı nəticəsində əmələ gələn qüsurların korreksiyası üçün unikal həll yoludur. Aparat piyləri və yağ turşularını parçalayaraq onları orqanizmdən təbii yollarla xaric edən və selülitin azaldılmasında effektiv olan ən müasir texnologiyalardan biri hesab olunur.

Prosedur bədənin problemli zonalarındakı selüllit və artıq piyləri azaltmaqla yanaşı, həm də dərini hamarlaşdırır, yəni onu bir növ korreksiya edir. Tətbiq zamanı aşağı tezlikli ultrasəs təsiri altında piy yığıntıları parçalanır. 

Proses zamanı piy toxunmasının membranı zədələnmir. Müalicə aparatı, həmçinin sürətli arıqlama zamanı əmələ gəlmiş dəri sallanmalarını da aradan qaldırmaqda olduqca effektivdir. Əgər sellülit və artıq yağlarınız üçün əməliyyatsız və əziyyətsiz üsula ehtiyac duyursunuzsa, bu metod sizin üçün ən yaxşı həll yoludur. Bütün seanslar tamamilə ağrısız şəkildə baş verir və heç bir anesteziyaya ehtiyac duyulmur.

Seanslarının Sayı və Müddəti nə qədərdir?

kavitasiya

Terapiyada bir seansın müddəti təxminən 30-40 dəqiqə çəkir. Seansdan sonra yağ toxumasından asılı olaraq problemli bölgələrdə 2-10 sm arası incəlik görülə bilər . Lakin bu metod hər insanda eyni nəticəni vermir. Buna görə də prosedurun sayı və yerinə yetirilmə sxemi xəstənin əsas göstəricilərindən və istədiyi nəticəni əldə etmə istəyindən asılı olaraq hər pasiyentə özəl olaraq seçilir .Ümumən isə istədiyiniz nəticələrə 8-10 seanslıq müalicədən sonra çata bilərsiniz. Seanslar həftədə bir və ya iki dəfə olur. Seansdan əvvəl və sonra xəstə ən az 2,5 litr su qəbul etməlidir. Bu miqdar, bir insanın gün ərzində içməli olduğu suyun ortalama miqdarına bərabərdir.

Kavitasiya Proseduru əsasən hansı Nahiyələrə Tətbiq Olunur?

Aşağı tezlikli ultrasəs dalğaları ancaq piy yığıntılarının götürülməsi üçün vacib olan bədən nahiyələrinə istiqamətləndirilir. Müalicə aparatı qarın, çiyin, bel, kürək, sarğı, bud kimi müxtəlif nahiyələrə tətbiq olunur.

Qarın nahiyəsində müalicə əsas zona hesab olunan ön qarın divarı üzərində aparılır. Bu nahiyədə gedən prosedur sayəsində sallanmış qarın effektli şəkildə dartılıb çəkilir.

Yan tərəf nahiyəsində, terapiyanın icrasında əsas diqqət yan zonalarda olur. 

Bud nahiyəsi iri limfa və qan damarlarına malik olduğuna görə bu zonada budların daxili səthləri dərindən işlənilmir. Müalicə metodu tətbiq olunduqca budların ölçüsündə kiçilmə nəzərə çarpır, sellülitin miqdarı nisbətən azalır və yaxud tamamilə yox olur. Həmçinin diz qapağı üzərində də sallanma tədricən azalır.

Kürək nahiyəsində müalicənin tətbiqi zamanı boyun nahiyəsində mövcud olan piy yığıntılarının azalması və kürəkaltı nahiyələrdə olan dərialtı-piy birləşdirici toxumaların sallanması kimi bir çox problemlərdən xilas olmaq mümkündür. 

Çiyin nahiyəsində isə bu prosedur zamanı bazu önünün həcmi nisbətən azalır və sallanan nahiyənin ölçüsü kiçilir. Bazu nahiyəsində iri qan və limfa damarları mövcud olduğuna görə daxili səth aktiv surətdə işlənilmir. 

Sarğı nahiyəsində tətbiq olunan kavitasiya proseduru sarğıların həcminin kiçilməsinə, dartılmasına və sellülitdən azad olmasına kömək edir. Bu zonada tez-tez ultrasəs kavitasiya prosedurunun RF-liftinq proseduru ilə əvəz olunması tövsiyə olunur.

Tətbiq olunan Prosedurlar nə ilə Nəticələnir ?

Terapiya prosesinin nəticələri, yağın nə qədər sıx olduğuna, həmçinin limfa dövranınızın nə qədər yaxşı olduğuna görə dəyişir. Prosedurdan əlavə, həkimin tövsiyələrinə əməl etmək və müəyyən diyetə riayət etmək çox vacibdir. Ümumən isə müalicə zamanı itirilmiş çəki insandan insana görə dəyişir.

Həmçinin qeyd etmək vacibdir ki, aparatdan qeyri-düzgün istifadə dəridə qızartılara, dərinin soyulmasına, yüngül və ağır yanıqlara səbəb ola bilər. Belə hallarla qarşılaşmamaq üçün yalnız mütəxəssislərə müraciət etmək lazımdır.

Müalicə Metodunun Effekti nə Zaman Hiss Olunur?

kosmetologiya

Müalicə zamanı bəzən nəticələr dərhal gözə görünür. Lakin əksər hallarda prosedurdan sonra terapiyanın tətbiq olunduğu nahiyələrdə korreksiya, həcmin xeyli dərəcədə azalması çox da müşahidə olunmur. Aydın effekt, əsasən, ikinci seansdan sonra nəzərə çarpır. Digər kosmetologiya prosedurları zamanı adətən, nəticə 4-5 seansdan sonra görünməyə başladığı halda, burada effekt üç dəfədən daha az müddətdə hiss olunmağa başlayır.

Ən optimal nəticələr isə üç gündən az müddətdə görünməyə başlayır. Fərdi bədən quruluşunuzdan asılı olaraq məqsədlərinizə çatmaq üçün altı ilə on iki arası seansa ehtiyacınız ola bilər. Müalicə metodları nə qədər davamlı tətbiq olunarsa, təsiri də bir o qədər nəzərə çarpan olur. Proses bel, qol, kürək, və qarın kimi problemli bölgələrdə tətbiq olunur və eyni anda birdən artıq bölgəyə tətbiq olunmur. Müalicənin nəticələri isə bir il ərzində qalır.

Bu Terapiya Üsulu Kimlərə Tətbiq Olunmamalıdır?

Hamiləlik dövrü keçirən və ya süd verən qadınlara, yaşlılara, həmçinin qan dövranı pozulan, hepatit, xərçəng, epilepsiya, hipertoniya, ürək xəstəliyi (həmçinin kardiostimulyator implantasiyası olan), xroniki böyrək çatışmazlığı və şəkərli diabet kimi problemləri olan şəxslərə kavitasiya müalicə metodu tətbiq olunmur.

Ən Sonda

Artıq çəki problemi yaşayan və hər gün bu problemin fəsadları ilə qarşı-qarşıya gələn saysız insan kütləsi olduğunu nəzərə alsaq, kavitasiya lazımsız kilolardan azad olmağın ən rahat həll yoludur. Müasir dövrdə bu müalicə üsulu lazer epilyasiyası, mezoterapiya və digər kosmetoloji baxımlar kimi asanlıqla başa gələn, çox müraciət olunan, həmçinin effektivliyini uzun müddət qoruyub saxlayan prosedurlardan birinə çevrilmişdir. 

Yuxarıda da qeyd etdiyimiz kimi kavitasiya tipli çox vaxt tələb etməyən, sağlamlığa fəsad törətməyən terapiya üsullarının azlığı göz önündədir. Bu halda, heç düşünmədən insanlar bu vasitəyə müraciət etməkdən çəkinməməlidirlər. Həm sağlam arıqlamağa kömək edən, həm də orqanizm üçün zərərsiz olan metod, illər keçdikcə daha çox insanın müraciət edəcəyi üsula çevriləcəkdir. Son olaraq onu da qeyd etmək vacibdir ki, aparat 120-130 kilo kimi həddən artıq çəkisi olan və obez xəstəliyindən əziyyət çəkən insanlarda effektiv deyil. 

Şərh yaz