Karbon Pilinq Nədir və Üz Dərisini Hansı Üsulla Yaxşılaşdırır?

Gözəlliyə dəyər verən xanımlar üçün üz dərisinə qulluq çox önəmlidir. Gündəlik olaraq evdə üz dərisinə kremlər və digər kosmetik vasitələrin tətbiqi ilə qulluq göstərilsə də, bəzən bu, kifayət etmir. Dəridə bəzi problemlər yaranır ki, onları ev şəraitində müalicə etmək mümkün deyil. Bu zaman, mütəxəssisə müraciət etmək lazım gəlir. Epilyasiya, mezoterapiya, karbon pilinq və s. kimi faydalı prosedurları yalnız kosmetoloqlar tətbiq edə bilər. Xüsusi dəqiqlik və diqqət tələb edən üz dərisi gözəlliyinin və sağlamlığının ən etibarlı təminatçısı klinikalarda fəaliyyət göstərən həkim-kosmetoloqlardır.

Üz dərisi gözəlliyi üçün həkim-kosmetoloqların tətbiq etdiyi ən müasir metodlardan biri də karbon pilinqdir. Karbon pilinq lazer vasitəsilə dərinin parlaqlaşması və ləkələrin təmizlənməsi üçün tətbiq edilir. İlk öncə, kosmetoloq bütün üz dərisinə karbon kremi çəkir və bir neçə dəqiqə sonra lazer tətbiqinə başlayır. Baxmayaraq ki, normal pilinq yalnız qış fəslində mümkündür, karbon pilinqin tətbiqi ilin hər bir dövründə mümkündür. Üz dərisinin həm səthini, həm də alt qatlarını müalicə edən karbon pilinqə ağrısız və iynəsiz müalicəni sevən xanımlar daha çox müraciət edir. Belə ki, karbon pilinq ən ağrısız kosmetoloji müalicə vasitələrindən biridir.

Karbon Pilinqin Tətbiqi Zamanı Dəri Soyulur?

Kimyəvi pilinqdən fərqli olaraq, karbon pilinq zamanı üz dərisi soyulmur. Yüksək tezlikli lazer işığı dalğaları dərini effektiv şəkildə müalicə edir. Dəriyə çəkilən karbon kremi təxminən 10 dəqiqə sonra lazer dalğalarına məruz qalır. Karbon kremi dəri toxumalarının enerji səviyyəsini və istiliyini artırır. Lazer işığının istiliyi dəri qatını tədricən buxarlandırır və qaldırır. Karbon pilinqi dəri hüceyrələrinin yenilənməsini sürətləndirir. İynəsiz və ağrısız tətbiq edilən bu pilinq növü üçün dəriyə xüsusi hazırlanmış karbon kremi çəkilir. Həm kremin tərkibi, həm də lazer işığı üz dərisinə mükəmməl qulluğu və müalicəni təmin edir.

Üz dərisi kimyəvi pilinqin tətbiqi zamanı soyulur. Belə ki, üzə çəkilən kimyəvi qarışıq üz dərisini tədricən soyur, və lazımsız dəri toxumaları və təbəqələri aradan qaldırılır. Karbon pilinqin tətbiqi zamanı isə lazımsız hissəciklər buxarlanaraq aradan qaldırılır. Yüksək tezlikli dalğaları və isti temperaturu olan lazer işığı karbon kremi ilə reaksiyaya girərək lazımsız dəri təbəqələrini uzaqlaşdırır. Buna görə də, dəri səthində olan dəyişkənliklər sürətlə baş verir və karbon pilinqi öz effektini tez bir zamanda göstərir. Sürət və tez bir zamanda effekt istəyən xanımlar üçün həm kimyəvi, həm də karbon pilinqi məsləhət görülür.

Karbon Pilinqin Faydaları

Karbon kremi ilə pilinq səthdə olan dəri ləkələrini təmizləyir. Bu pilinqdən sonra üz dərisi tərtəmiz və ləkələrdən tam azad olur. Həmçinin, karbon pilinqi dəri məsamələrindəki boşluqları aradan qaldırır. Karbon pilinqi dəri rəngini parlaqlaşdırır və dərini hamarlaşdırır. Karbon pilinqdən sonra dəriyə makyaj tətbiqi daha da rahatlaşır və asanlaşır. Pilinq zamanı üzə çəkilən karbon kremi xüsusi reseptlə hazırlanmış qarışıqdır. Bu qarışığa dərini qidalandıran maddələr, turşular və vitaminlər daxildir. Dəri hüceyrələrinin və toxumalarının enerji dəyərini qaldıran karbon kremi üz dərisini daha da canlandırır və cavanlaşdırır.

karbon pilinq

Karbon pilinq dəridəki yağlanma balansını normallaşdırır və nizamsızlıqları aradan qaldırır. Pilinqdən sonra dəridəki normallaşmanı və fərqi dərhal hiss edəcəksiniz. Həmçinin, karbon pilinqdən sonra dəri sallanması problemi qalmır. Yenilənən və aktiv bərpa olunan dəri toxumaları və hüceyrələri elastikləşir və dəri sallanması riski aradan qalxır. Pilinq nəticəsində dəri yığılır və elastikləşir. Bundan əlavə, karbon pilinqi dərini cavanlaşdırır və ləkələri maksimum solğunlaşdırır. Davamlı seanslarla tətbiq edilən pilinq ləkələri tamamilə aradan qaldırır. Pilinq nəticəsində daha da parlaqlaşan və gəncləşən üz dərinizi daha çox sevəcəksiniz.

Neçə Seansdan Sonra Uğurlu Nəticə Əldə Etmək Olar?

Karbon pilinqi ilkin nəticələri tez bir zamanda göstərir və ilk seansdan sonra dəridə yaxşılaşma hiss edilir. Lakin tam müalicə üçün bir neçə seansa ehtiyac var. Həkim-kosmetoloq sizin probleminizi öyrəndikdən və dərinizə diaqnoz qoyduqdan sonra seansların sayını dəqiq biləcəksiniz. Normalda, karbon pilinqin tam tətbiqi 1-2 həftə aralıqla maksimum 10 seansda uğurla başa çatdırılır. Pilinqin tam tətbiqindən sonra nəticə daha qalıcı və çox davamlı olur. Seanslar tamamlandıqdan sonra, təxmini 2 il müddətinə karbon pilinqə ehtiyac qalmır. Əlavə olaraq qeyd edək ki, karbon pilinqin ilk tətbiqdən sonra yüngülvari dəri qızartısından başqa heç bir mənfi yan effekti yoxdur. Bu qızarma da normaldır.

Pilinq Üçün Nələrə Diqqət Edilməlidir?

Karbon pilinqi etibarlı, təhlükəsiz və sürətli nəticə verən kosmetoloji metoddur. Pilinq sonrası dəridə yanıq, soyulma, qabıqlanma, və s. kimi dəyişikliklər əmələ gəlmir. Həmçinin, pilinq istənilən dəri rənginə tətbiq edilə bilər. Dəri rənginə görə tərəddüd etməyə ehtiyac yoxdur, çünki pilinq həm tünd rəngli, həm də açıq rəngli dərilərə problemsiz tətbiq olunur. Bundan əlavə, karbon pilinq ilin istənilən fəslində istifadə oluna bilər. Lakin, qızmar yay aylarında və ya yazda pilinqdən öncə dərini çox günəşə vermək olmaz. Belə ki, dəri günəş şüalarından qorunmalıdır və bunun üçün də günəşdən qoruyucu kremlərdən istifadə etmək olar.

Digər Kosmetik Prosedurlardan Sonra Karbon Pilinqdən İstifadə Mümkündür?

Üzdəki istənməyən tüklərin lazer epilyasiya vasitəsilə təmizlənməsindən sonra karbon pilinqdən istifadə mümkündür. Həkim-kosmetoloq bu qərarı verərkən epilyasiyanın tətbiq edildiyi lazer işığının temperaturunu və müalicənin digər detallarını bilməlidir. Bundan əlavə, mezoterapiya tətbiq edildikdən sonra pilinq üçün bir müddət gözləmək lazımdır. Həkim-kosmetoloq mezoterapiyanın detallarını gözdən keçirdikdən və sizə karbon pilinqi üçün diaqnoz qoyduqdan sonra fasilə üçün lazım olan müddəti deyəcək. Dərinizin rəngi, müalicə üçün səbəb və əvvəllər üz dərinizə tətbiq olunan karbon pilinqlərin sayı digər nəzərə alınası faktorlardır. Hər bir halda, kosmetoloq məsləhətindən faydalanmaq lazımdır.

Karbon Pilinqin Tətbiqi Kimlərə Qadağandır?

Pilinqin sağlamlıq üçün heç bir zərəri və ya yan təsirləri yoxdur. Lakin bəzi istisna hallar var ki, karbon pilinqdən istifadə qadağandır. Hamiləlik dövründə olan xanımlar karbon pilinqdən istifadə edə bilməz. Bundan əlavə, laktasiya dövründə olan qadınlara da pilinqin tətbiqi məsləhət görülmür. Dəri xərçəngi olan qadınlara karbon pilinqdən istifadəyə icazə verilmir. Bundan əlavə, əgər karbon pilinqi proseduru tətbiq olunacaq bölgədə iltihabi yaralar varsa, bu halda pilinq qadağandır. Günəşin təsiri ilə yanmış üz dərisinə də karbon pilinqinin tətbiqi məsləhət görülmür.

Pilinqdən Sonra Nə Kimi Nəticələr Gözlənilir?

karbon pilinq

Karbon pilinq üz dərisinin teksturasını daha da yaxşılaşdırır, dərini hamarlaşdırır və yumşaqlaşdırır. Həmçinin, pilinq dəri tonusunu bərabərləşdirir. Karbon kreminin və lazer işığının təsiri ilə dəri məsamələri daralır və təmizlənir. Pilinq üzdəki səpkiləri, civzələri və akneləri müalicə edir. Sızanaq və yaralardan sonra qalan izlər də tədricən yox olur. Karbon pilinqin tətbiqi nəticəsində, dəri liftinqi dəridəki kiçik qırışları aradan qaldırır və üz dərisini elastikləşdirir. Həmçinin, karbon pilinqi dəri piqmentasiyasını artırır və rəngi parlaqlaşdırır.

Bundan əlavə, karbon pilinqin təsiri tez bir zamanda özünü göstərir və effekt qalıcı olur. Seansları uğurla başa çatdırdıqdan sonra bir neçə il bu prosedura ehtiyac qalmaya bilər. Həmçinin, yaxşı olar ki, seanslar başa çatdıqdan sonra mütəmadi olaraq həkim-kosmetoloq yoxlamalarından keçəsiniz. Dəridə olan hər bir dəyişiklik pasiyent və ya kosmetoloq tərəfindən qeydə alınsa daha yaxşı olar. Həmçinin, üz dərisinin pilinqdən əvvəlki və sonrakı vəziyyətlərinin müqayisəsi də faydalı olar. Bu, sizə prosedurun nə qədər uğurlu olduğunu öyrənməyə imkan verəcək.

Ən Sonda

Kosmetoloji texnologiyanın inkişafı üz dərisinə qulluğu daha da asanlaşdırmışdır. Klinikalara müraciət edən xanımlar peşəkar həkim-kosmetoloqlar sayəsində daha sürətli, etibarlı və təhlükəsiz nəticələr əldə edirlər. Karbon pilinq də klinika mühitində tətbiq edilən metoddur və bu prosedur həkim-kosmetoloqların tam nəzarəti ilə həyata keçirilir. Pasiyentin üz dərisi xüsusiyyətlərinə əsasən hazırlanan xüsusi karbon kremi ilə lazer işığının sintezi üz dərisini mükəmməl tərzdə müalicə edir. 

Karbon pilinq üz dərisini effektiv müalicə edir, arzuolunmaz ləkələri təmizləyir, dərini elastikləşdirir, cavanlaşdırır və onun parlaqlığını artırır. Ağrısız və iynəsiz tətbiq edilən karbon pilinqi tam təhlükəsizdir və yuxarıda qeyd edilən hallar istisna olmaqla, hər bir xanıma rahatlıqla tətbiq edilə bilər. Gözəlliyi qoruyub saxlamaq vacibdir və bunun üçün kosmetik prosedurlara zaman və pul xərcləməyə dəyər. Kosmetik prosedurları isə yalnız ixtisaslı və təlim görmüş həkim-kosmetoloqlar klinika şəraitində texnoloji avadanlıqlarla icra etməlidir.

Şərh yaz