Gözaltı Qırışlar: Yaranma Səbəbləri və Həll Yolları

Gözaltı qırışlar hər bir xanımı müəyyən yaş həddini keçdikdən sonar narahat etməyə başlayır.Bahalı vasitələr,əməliyyatlar olmadan onları aradan qaldırmaq mümkündür mü? Dərinin tərkib hissələrinin zədələnməsi nəticəsində özünü biruzə verən qırışlar, üz dərisinin tərkib hissəsi olan birləşdirici kollagen və elastin liflərinin qırılması və ya müəyyən dərəcədə zədədəlməsi əsnasında yaranır.Gözaltı qırışların yaranma prosesi ekspertlərin rəyinə əasasən qaçınılmazdır, ancaq nəzərinizə çatdırım ki bu müddəti düzgün və lazımi qulluqla uzatmaq mümkündür.Gəlin ilk oncə gözaltı qırışlar mövzusunu, onların yaranma səbəblərini və daha sonra həll yollarını müzakirə edək. 

Gözaltı Qırışlar Barədə Ümumi Məlumat

Dərinin yaşlanmasının ilkin əlamətləri gözaltı zonada müşahidə edilir, bu da həmin nahiyənin epidermis qatının çox nazik olması (təxminən 0.5mm) ilə bağlıdır. Göz ətrafında piy və tər vəziləri, dərialtı piy qatı və qan damarlarına rast gəlinmir, əzələ toxuması isə az miqdarda olur. Dəriyə elastiklik və möhkəmlik verən kollagen lifləri bu nahiyədə seyrək tor şəkilli struktura malik olduğundan paraorbital zonanın dərisi daha çox gərilir. Kövşək dərialtı piy toxuması isə ödemlərə meyllik yaradır. Bundan əlavə göz nahiyəsinin daima yüklənməyə məruz qalması (gözlərın qıyılması və s.) qırışların formalaşmasına gətirib çıxarır. 25 yaşdan etibarən gözaltı nahiyənin dərisi yaşlanmağa başlayır, bu zonada səthi qırışlar və şişkinlik əmələ gəlir. Tədricən büküşlər daha aydın nəzərə çarpır.

Gözaltı Qırışların Yaranma Səbəbləri:

Beləliklə sizə ,hər bir qadını müəyyən yaş həddindən sonra narahat etməyə başlayan gözaltı qırışların əsəs yaranma səbəblərini təqdim edirik. Həyat tərziniz gözaltı qırışların yaranmasında təsir edici amillərin başında gəlir.Həyat tərzi dedikdə, nəzərdə tutduğumuz əsasən qidanlanma,idman , fiziki yorğunluğa səbəb olan rejim istirahətinizə vaxt ayırmamamığınız, zərərli vərdişlərin olması,daimi stressli olmaq,yuxu pozğunluğu kimi faktorları nəzərdə tuturuq.Gözaltı qırışlar yediyiniz və içdiyiniz məhsullardan təsir görə bilər. Sağlam qidaya üstünlük verən qadınlarda bu hallar daha gec özünü biruzə verir. Əgər özünüzü gözlaltı qırışlardan qorumaq istəyirsinizsə, nəzərə almalısınız ki,qidanın vaxtı vaxtında qəbul olunması eynilə tərkibi qədər vacibdir.İdman sağlamlığdır sözünün mahiyyəti gözaltı qırışlar mövzusunda da özünü doğruldur. 

  • Quru dəriyə sahib olan qadınlarda gözaltı qırışlar daha tez yaranır. «Qaz ayağı» adlanan erkən qırışlar həmçinin yüksək mimiki aktivlik nəticəsində də formalaşır. 
  • Paraorbital nahiyə üçün nəzərdə tutulmayan və ya keyfiyyətsiz kosmetik vasitələrdən istifadə, göz kölgələrinin intensiv şəkildə çəkilməsi, krem, maska və skrabların bu zonaya kobud şəkildə yeridilməsi gözaltı qırışlara səbəb olur.
  • Kompüter arxasında uzun müddət vaxt keçirən qadınlarda gözlərin həddindən artıq yorulması qırışların formalaşmasına gətirib çıxara bilər. Nazik əzələ lifləri qıcolma şəklində yığılaraq, qan dövranı və maddələr mübadiləsini pozur, nəticədə göz ətrafında kiçik büküşlər əmələ gəlir.
  • Gözaltı qırışların erkən yaranmasına irsiyyət və üzün anatomik quruluşu: yuxarı göz qapağının sallanması, qaşların sallanması, gözaltı torbacıqlar, gözlərin dərində yerləşməsi təsir edir. Gözaltı qırışların formalaşmasının əsas qaçılmaz amili üz dərisinin yaşlanmasıdır.

Sağlam Həyat Tərzinin Əhəmmiyəti

gözaltı qırışlar

Sağlamlığızı gənc yaşta riskə atmamaq üçün idman və fiziki aktiv həyat tərzi çox vacibdir.İntensiv iş şəraitində özünə vaxt ayıra bilməyən qadınlar, gözaltı qırışlarla tez-tez rastlaşır.Mütamadi stress,yorğunluğ əsasən də övlad sahibi qadınların istirahətə lazımi vaxt ayırmaması, qırışların yaranma səbəblərindən biridir.Qeyd edək ki siz ,gün ərzində minimum yeddi saat yatmalısınız, əks halda nəyinki gözaltı qırışlar, həmçinin başqa fəsadlarla da üzləşə bilərsiniz. Zərərli vərdişləriniz sizdə gözaltı qırışlara səbəb ola bilər.Siqaret,tütün məmulatları,spirtli içkilərin qəbulu,narkotik preparatlar kimi ziyanlı vərdişlər ,dəridə fəsadlar yaradır.Birmənalı şəkildə bu vərdişlərdən uzaq durmaq sizin sağlamlığınız üçün çox vacibdir.

Gözaltı qırışların növləri

Yaranma səbəblərindən asılı olmayaraq, qırışların 2 tipi ayırd edilir: statik və mimik (dinamik). Statik qırışların formalaşması birbaşa olaraq dəridə gedən proseslər: dəri liflərinin zədələnməsi, dəri strukturunun yaşla bağlı zəifləməsi və s. ilə bağlı olur.

Dinamik qırışlar paraorbital nahiyənin daimi əzələ aktivliyi nəticəsində inkişaf edir – əzələlər yığılarkən dəri büzüşür, boşalarkən isə hamarlaşır. Tədricən göz altında hörümçək toru şəklində kiçik qırışlar əmələ gəlir. 30 yaşdan sonra bu qüsurlar daha ifadəli olur. İlk dinamik qırışlar məhz göz altında meydana çıxır. Onlara emosional insanlarda, eləcə də miopiyadan (yaxından görmə) əziyyət çəkən və tez-tez gözlərini qıyan pasiyentlərdə rast gəlinir. Mimik qırışlar kosmetik vasitələrlə korreksiyaya tabe olmur.

Qırışlar aysberqin yalnız görünən hissəsidir, əslində onların yaranması dərinin dərin qatlarında gedən dəyişikliklərlə bağlıdır. Kosmetik vasitələr və xalq təbabəti reseptləri qırışların inkişafını sadəcə müəyyən bir müddət ərzində ləngidə və ya gizlədə bilər. Dərinin yaşlanmasının əlamətlərini aradan qaldırmaq üçün daha güclü təsirə malik üsullardan istifadə edilməlidir.

Gözaltı Qırışlardan Necə Azad Olmaq Olar?

Kosmetologiya və plastik cərrahiyyənin təklif etdiyi effektiv üsullar sırasına Botoks inyeksiyaları, mezoterapiya, kontur plastikası və blefaroplastika daxildir.

Mezoterapiya farmakoloji kokteyllər – homeopatik preparatlar, mikroelementlər, vitaminlər, bitki ekstraktlarının dərialtı yeridilməsi ilə həyata keçirilir. Kontur plastikası hialuron turşusu əsasında hazırlanmış təbii mənşəli gel tərkibli implantatların dərialtı inyeksion yeridilməsi ilə icra olunur.

gözaltı qırışlar

Blefaroplastika və ya göz qapaqlarının plastikası gözaltı qırışların cərrahi korreksiya üsuludur. Əməliyyat zamanı yuxarı və aşağı göz qapaqlarının artıq hissəsi kəsilib götürülür, bu yolla nəinki gözaltı qırışlar, torbacıqlar və yuxarı göz qapağının sallanması aradan qaldırılır, həm də nəzərə çarpan cavanlaşdırıcı effekt əldə edilir.

Dərialtı Botoks inyeksiyaları üçün nəzərdə tutulan preparat təbii proteinlər – A tipli botulunin təmizlənmiş neyrotoksinlərindən ibarətdir. Botoksun problemli zonada dəri altına yeridilməsi mimikiəzələləri innervasiya edən siniri blokada etməklə, gözaltı mimik qırışların yaranma səbəbini aradan qaldırır.

Gözaltı Qırışlardan Qurtulmaq Üçün Təbii Müalicə Üsulları

Zeytun Yağı Maskası

Dəriyə qulluq yağlarına artıq dərəcədə pul vermək istəməyənlər bu yağı seçirlər. Yaşlanmanın qarşısını almaq xüsusiyyəti olan bu yağın içərisində yetəri qədər A və E vitaminləri vardır. Bir çox adam qiymətinin aşağı olmasına görə təsirinin yetərli olmayacağını düşünsə də qeyd etmək lazımdır ki, alacağınız bir çox yağa nisbətən təbii olması səbəbindən zeytunyağı dərinizi daha yaxşı bəsləyəcək və dərinizin daha gənc bir görünüşə qovuşmasını təmin edəcək. Təbii yağlar dəriyə necə tətbiq olunur? Cildi nəmləndirmə və dartma xüsusiyyəti olan bu yağları gözaltı qırışlar və onların müalicəsi üçün istifadə etməzdən öncə ilk növbədə, dəri tozdan və çirkdən gözəlcə təmizlənməlidir. Təmizləmə əməliyyatının ardından bir pambığa təbii yağ damlatılmalı və həddindən artıq təzyiq tətbiq etmədən dəriyə masaj edilməlidir. Həddindən artıq dərəcədə dəriyə təzyiq olunarsa bu dərinin soyulmasına və yara meydana gəlməsinə səbəb ola bilər. Yağ vurma əməliyyatı bitdikdən sonra təxminən 10 dəqiqə qədər gözləyin və ardından dərinizi yağdan təmizləmək üçün ilıq su ilə yuyun 

Küncüt Yağı Maskası

Öz dərisinin qeydinə qalan qadınlar bilir ki, üz_göz dərisi üçün tez-tez istifadə olunan yağlardan biri də küncüt yağıdır. Küncüt yağından hazırlanmış kompres göz ətrafından yaranan qırışlar üçün ideal həll yolu kimi istifadə edilir. On dəqiqə müddətində pambığı küncüt yağına batırıb gözün üstündə saxlamağınız_bu prosesi reallaşdırmaq üçün kifayətdir. Gözaltı qırışlar üçün effektiv qidalandırıcı maska hazırlayırsınızsa on qram küncüt yağına bir kapsul E vitamini əlavə etməyiniz müalicə prosesini sürətləndirməkdə sizə kömək ola bilər. Belə maskanı hər gecə gözdə beş dəqiqə saxlamaqla isifadə etmək mümkündür. İstifadədən sonra üzünüzü yumağa ehtiyac yoxdur. Əgər bu size narahat edirsə, yağın artığı yumşaq salfetə hopdurmağınız kifayət edəcəkdir.

Kərə Yağı Maskası

küncüt yağı maskası

Kərə yağının qırışlarla mübarizədə effektivliyi çoxlarına məlumdur. Barmağın ucu ilə masaj hərəkətləri edərək yağı üst və alt göz qapağına çəkməklə dəriyə hopdurmaq və bütün gecə boyu saxlamaq kifayətdir. Bu üsul, nəyinki qırışları azaldər, həmçinin dərini onlardan tamamilə azad edir. Əsası kərə yağı olan maska hazırlamaq üçün bir stəkan qaynar suya ikidə -bir çay qaşığı çobanyastığı çiçəyi və ikidə-bir çay qaşığı çökə çiçəyi əlavə edərək onbeş dəqiqə dəmə qoyulmalıdır. Sonra bu qarışıqdan iki xörək qaşığı götürüb,bir xörək qaşığı əridilməmiş kərə yağı və 1 çay qaşığı gənəgərçək yağı ilə krem halına gələnə kimi qarışıdrmaq lazımdır. Gözaltı qırışlar ilə mübarizə üçün kremi hər gecə yatmazdan əvvəl gözün qapaqlarına və gözün küncünə çəkmək kifayətdir. 

Sonda

Gözaltı qırışlar bir çox xanımın rastlaşdığı dəri fəsadlarından biridir. Unutmayın ki bu gün,sabah və eləcə də illər sonra necə görünəcəyiniz tamamilə özünüzdən aslıdır.Əgər siz də bu tipli problemlə qarşılaşırsızsa ,əminəm ki bu məqalə gözaltı qırışlar ilə mübarizənizdə faydalana biləcəyiniz resurslardan biri olacaq.

Şərh yaz