Dodaq Dolğusu Etməzdən Qabaq Bilməli Olduğunuz 9 məqam

Qadınlar gözəllik rəmzidir. Qədim Misir və Yunan mifologiyalarında da, gözəllik tanrıları məhz qadın cinsində olmuşlar. Buradan da başa düşmək olar ki, qadınlar lap qədimdən gözəl görünüblər və gözəl görünməyə çalışıblar. Hazırki dövrdə də qadınlar üçün əsrarəngiz görünmək böyük əhəmiyyət kəsb edir. Qadın simasında dodaqlar, görünüş baxımından vacib yer tutur. Bu səbəbdən, son illərdə bir çox qadın dodaq dolğusu etdirməyi çox sevir. Dodaq dolğusu prosesi hialuronik turşu, piy və ya implantasiya vasitəsilə dodağın doldurulmasıdır. Dolğun dodaqlar əksər cəmiyyətlərdə gözəllik və gəncliyi təcəssüm etdirir. Qədim tayfalarda, qadınlar gözəl görünmək üçün müxtəlif bəzək əşyalarından istifadə ediblər. Dodağın ideal ölçüsü müxtəlif dövrlərdə və müxtəlif mədəniyyətlərdə hər zaman fərqli olub. 1900-cu illərdə cərrahlar dodaqları böyütmək üçün onlara parafin doldurmağa cəhd edirdilər. Lakin, bu praktikada uğurlur alınmırdı. 1960-cı illərin əvvəllərində ilk dəfə maye şəklində olan silikon dodaq dolğusu kimi istifadə olunmağa başladı. Ancaq bu üsul da silikonun ümumi sağlamlığa olan mənfi təsiri səbəbilə istifadədən çıxarıldı. Dövrümüzdə Restylane və Juvederm kimi hialuronik turşu tərkibli dodaq dolğuları populyardır. Lakin, bəzən dodaq dolğuları gözlənilən nəticəni verməyə bilər. Bu, adətən, istifadəçinin məhsul barədə kifayət qədər məlumatlı olmaması səbəbilə baş verə bilər. Əgər siz də dodaq dolğusu etdirmək istəyirsinizə, bu paylaşım məhz sizin üçündür. Bu yazıda, dodaq dolğusu etdirməzdən əvvəl bilməli olduğunuz 9 məqam haqda danışacağıq.  

Mental və Fiziki Cəhətdən Hazır Olun

Dodaq dolğusu etdirməyə qərar vermisinizsə, ilk addım fikrinizi dəqiqləşdirməkdir. Daha dəqiq desək, dodaqlarınızı nə qədər böyütmək istədiyinizi bilməkdir. Əgər dodaqlarınız kiçik və nazikdirsə, həqiqətənmi onları nəzərə çarpacaq dərəcədə böyütmək istəyirsiniz? Yoxsa dodaqlarınızın azca dolğunlaşması kifayətdirmi? Dodaq dolğusu etdirməzdən əvvəl bu barədə yaxşıca fikirləşin. Çünki proses bitdikdən sonra öz dodaqlarınızı tanımaya bilərsiniz. Bu isə öz növbəsində, sizi mənəvi cəhətdən sarsıda bilər. Əlavə olaraq qeyd edək ki, dodaq dolğusu etdirməzdən bir həftə əvvəl aspirin, balıq yağı, multivitaminlər və E vitamin qəbul etməməyiniz məsləhət görülür. Əks halda, inyeksiya prosesi başa çatdıqdan sonra dodaqlarınızda qançır əmələ gələ bilər. Bu, yuxarıda qeyd edilən vasitələrin damarları nazikləşdirməyə meyilli olduğu üçün baş verə bilər.

Model Şəkillərini Özünüzlə Götürməyin

Dodaq dolğusu etdirməyə gedərkən, Kylie Jenner kimi məşhur modellərin şəkillərini həkimə göstərməyin. Təsəvvür edin ki, gözəllik salonundasınız və stilistinizə istədiyiniz saç şəklini göstərirsiniz. Nəzərə alın ki, sizin saç növünüz arzuladığınız üsluba uyğun olmaya bilər. Bu halda, təbii ki siz məyus olacaqsınız. O cümlədən, hər kəsin anatomiyası fərqlidir və buna görə də hər kəs müxtəlif sifət quruluşuna malikdir. Yaxşı olar ki, dodaq dolğusu etdirərkən necə bir şey istədiyinizi həkiminizə izah edəsiniz. Və gerisini ona həvalə edin ki, sizin ağız formanıza uyğun gözəl dodaqlara sahib olasınız.

Müxtəlif Məhsullar, Müxtəlif Nəticə Göstərə Bilər

Kollagenin qadınlar üçün yeganə alternativ olduğu zamanlar artıq geridə qalıb. Onu hazırda hialuronik turşu əsaslı müxtəlif doldurucular əvəz edir. Hialuronik turşu, bədənimizdə təbii şəkildə formalaşan və suya aşırı dərəcədə meyilli bir maddədir. Onu da qeyd etmək yerinə düşər ki, hialuronik turşu bədənimizdəki şişmələrə qarşı çox dözümlüdür. Ümumiyyətlə qeyd edək ki, dodaq dolğusu mezoterapiya kimi vitaminlər vasitəsilə həyata keçirilmir. Əlbəttə, sizin üçün ən yaxşı məhsulu seçmək həkiminizin öhdəliyindədir. Ancaq onu da deyək ki, dolğun dodaqlar üçün ən yaxşı məhsullar Juvederm-ə məxsusdur. Əgər siz dodaqlarınızın həcmini çox az miqdarda böyütmək istəyirsinizsə, o halda Restylane məhsulları daha çox işinizə yaraya bilər. Yaşı 50-dən yuxarı olan qadınlar üçün Volbella istifadə etməyi tövsiyyə edirik. Onun sayəsində sizin sifətətrafı cizgiləriniz yox olacaq.

Prosedur Çox Qısadır və Nəticə Tezliklə Gözə Çarpır

Əgər düşünürsünüzsə dodaq dolğusu prosesi çox zaman alır, yanılırsınız. Dodaq dolğusu üçün həkimlə görüşünüz adətən 1 saat çəkir. Həmçinin, qeyd edək ki, həmin 1 saatın çox hissəsi həkimlə müzakirəyə gedəcək. Bu zaman siz necə bir nəticə istədiyinizi izah etməlisiniz ki, həkim sizi tam başa düşsün. Sonra həkim ağ marker ilə inyeksiya ediləcək yerləri işarələyəcək. Prosedur bitdikdən sonra sizin dodaqlarınızda göyərmə əmələ gələ bilər. Bunlar sizi qorxutmasın. Bir-iki günə bu şişkinlər çəkiləcəkdir. Ümumən isə siz nəticələri çox tez bir zamanda müşahidə edəcəksiniz. Onu da deyək ki, Juvederm məhsulları istifadə etsəniz, 48 saatdan sonra dodaq kremi ilə xəfif masaj edə bilərsiniz. Lakin, yenə də bunu öz həkiminizlə məsləhət etməyiniz daha məqsədəuyğundur.

İnstaqramdakı Görünüş Ucuz Başa Gəlmir.

Yəqin ki, çoxumuz İnstaqramda müxtəlif qadınların çox dolğun dodaqlara sahib olmasını tez-tez görürük. Lakin, hələ də bir çoxumuz bu gözəl görünüşün neçəyə başa gəldiyini bilmirik. Adətən, bir prosedur üçün istifadə olunan şprisə bir çay qaşığından az maddə doldurulur. Lakin, bu kifayət edir ki, dodaq arzu olunan gözəl formaya düşsün. Nəzərə alın ki, siz social şəbəkələrdə gördüyünüz kimi dodaq dolğusu etdirmək istəsəniz, bu halda 2 və ya 3 şpris lazım gələcək. Qiymətlərə gəldikdə isə, məkandan asılı olaraq siz müxtəlif qiymətlər eşidəcəksiniz. Dodaq dolğusu üçün istifadə olunan gelin 1 qramı təxminən 150-300 manat arasında dəyişir. Ona görə də məsləhətdir ki, bu prosedura getməmişdən əvvəl qiymətlərdən xəbərdar olasınız. Anti Age-də sizi münasib qiymətə peşəkarlar tərəfindən yerinə yetiriləcək dodaq dolğusu gözləyir. 

Dodaq Dolğusu Ömürlük Qalmır

Əgər düşünürdünüzsə, bir dəfə dodaq dolğusu etdirsəniz bu ömürlük gedəcək, sizə bəd xəbərimiz var. Dodaq dolğusu ömürlük qalmır. İstədiyiniz formuladan asılı olaraq, istifadə olunacaq gelin müddəti 1 və 6 ay arasında dəyişir. Bu o deməkdir ki, çalışın ilkin nəticələrin fotosunu mümkün qədər çox çəkin. Çünki bir neçə aya dodaqlarınız əvvəlki vəziyyətinə qayıdacaq. Dolğun dodaqlarınızın müddətini qədər artırmağa çalışa bilərsiniz, lakin bu da çox güman ki, mümkün olmayacaqdır. Səbəb isə hər kəsin metabolizminin fərqli olmasıdır. Əlavə olaraq onu da qeyd edək ki, dodaq dolğusunun baha qiymətə olduğunu yada salsaq, bu fikri bir daha nəzərdən keçirsəniz yaxşı olar. Uzun sözün qısası, dolğun dodaqlarınızın ömrü bir neçə ay olacaqdır.

Prosedurdan Sonra Çox Az Qulluq Tələb Olunur

mezoterapiya

İnyeksiyadan sonra dodaqlarınızla çoxlu mənfi hadisələrin baş verəcəyini düşünə bilərsiniz. Sizə şad xəbərimiz var. Dodaq dolğusu proseduru bitdikdən sonra, dodaqlarınıza aşırı diqqət etməyinizə ehtiyac yoxdur. Ən əsas uzaq durmalı olduğunuz vasitə aspirindir. Siz hətta bir-iki bokal şərab da içə bilərsiniz. Bəzi insanlardan eşidə bilərsiniz ki, bu prosedurdan sonra alkoqol qəbulu zərərlidir və qançır əmələ gətirə bilər. Reallıqda isə az miqdarda qəbul edilən alkoqol elə də mənfi təsir göstərmir. Prosedurdan dərhal sonra həkim sizin dodaqlarınızın üzərinə buz paketi qoyacaqdır. Həmçinin, ağrı hiss edəcəyiniz halda yenidən buz paketi qoymağınızı tövsiyyə edə bilər. Lakin, buzu dodaqlarınızın üzərində saatlarla davamlı şəkildə qoymağa ehtiyac yoxdur. Şişkinlik normalda bir və ya iki günə keçəcəkdir. Digər vacib bir məqam isə prosedurdan sonra içki çöplərindən (трубучка) və isti mayelərdən uzaq durmaqdır. Sizin dodaqlarınız hələ də keyimiş olacaqdır və bununla özünüzü yandıra bilərsiniz.

Qançırın Əmələ Gəlməsi İnsandan Asılıdır

Bəzi insanların dodaqlarında təbii olaraq prosedurdan sonra qançır əmələ gəlir. Bu, adətən dodağın üst hissəsində formalaşır. Lakin, bu sizi qorxutmasın. Əgər həkiminizin məsləhətlərinə əməl etsəniz, sizdə hər hansısa problemin müşahidə edilməyi gözlənilmir. Ümumi həkim məsləhətlərinə isə buz istifadəsi, alkoqol qəbulunun məhdudlaşdırılması, dodaqlara toxunmamaq və s. daxildir. Bununla belə, hər kəsin bədəni fərqlidir. Ona görə də dodaqlarınıza inyeksiya edildikdən sonra hər hansı qançırın yaranmasını proqnoz etmək çətindir.

Əgər Nəticədən Narazısınızsa..?

Ümumilikdə, qadınlar gözəl görünməyin ən vacib sirrlərindən biri məhz dodaq dolğularıdır. Gözəllik isə heç də həmişə qurban tələb etmir. Ancaq unutmayın ki, keyfiyyətsiz məhsullardan istifadə sizin sağlamlığınıza ciddi zərər vura bilər. Bu fikri kosmetologiyada da öz əksini tapır. Ona görə də əmin olun ki, bədəninizi və sağlamlığınızı güvənli əllərə etibar edirsiniz.

Əgər nəticədən narazı qalmaq sizi qorxudursa, qorxmayın. Dodaq dolğusu inyeksiyaları həmişə arzu etdiyiniz nəticəni verməyə bilər. Təəssüflənməyə dəyməz. Belə olduğu halda, həkiminizlə görüş təyin edin və gelin çıxarılmasını tələb edin. Hal-hazırda istifadə olunan bütün gellər, o cümlədən Restylane, Juvederm, Volbella və s. hialuronik turşu əsaslıdır. Buna görə də onları hialuronidez adlı fermentlə yox etmək mümkündür, və bu çox tez və təhlükəsiz şəkildə baş verir.

Əgər bloq xoşunuza gəldisə, səhifəmizdə Karbon PilinqLazer Epilyasiya, kosmetologiya və digər əlaqəli sahələrlər bağlı bloqlarımızla tanış ola bilərsiniz. Tezliklə, sizi daha çox sahələrlə bağlı məlumatlandıracağıq.

Şərh yaz