Biorevitalizasiya – Üz Baxımı Üçün Kosmetoloji Üsullar

Günümüzdə cavan qalmaq və ya olduğumuzdan daha cavan görünmək üçün bir çox kosmetoloji üsullar var. Bu üsullar cərrahi və terapevtik olmaqla iki yerə bölünür. Cərrahi yolla həyata keçirilən cavanlaşma üsulları kosmetoloq tərəfindən cərrahi müdaxilə tələb edir. Terapevtik və ya müalicəvi üsulda isə heç bir cərrahi müdaxilə olunmur. Yəni, kosmetoloqlar təbii yollarla – müxtəlif vitamin qarışımları, qidalandırıcı maddələr, və alətlərin köməyi ilə kosmetoloji prosedurları həyata keçirirlər. Biorevitalizasiya da cavan qalmaq üçün xanımların müraciət etdiyi kosmetoloji korreksiyaedici müalicə üsullarından biridir. 

Biorevitalizasiya dəri qüsurlarını və nöqsanlarını cərrahiyəsiz aradan qaldırmaq və qarşısını almaq üçün istifadə olunan estetik üsullardan biridir. Biorevilitizasiyadan nə vaxt istifadə olunmalıdır? Nə kimi faydaları var? Digər kosmetoloji üsullar hansılardır? Bu gün bu suallara cavab verəcəyik. 

Biorevitalizasiya Haqqında Geniş Məlumat 

Yuxarıda da qeyd etdiyimiz kimi, biorevitalizasiya yaşlanma əleyhinə tətbiq olunan kosmetoloji üsuldur. Biorevitalizasiya proseduru zamanı, dəriyə qialuron turşusu yeridilir. Bizim də bildiyimiz kimi, hüceyrə bölünməsi yaşa dolduqca tədricən azalır və dayanır. Bu zaman da, yeni hüceyrələr yaranmadığı üçün, dəri öz funksionallığını itirir. Buna görə də qırışlar yaranır. Qialuron turşusu da, hüceyrə bölünməsini təmin edir. Beləliklə də, dərinin qırışıqlanmasının qarşısı alınır və dəri əvvəlki fəaliyyətini davam etdirir. 

Nəzərinizə çatdırmaq istəyirik ki, hücerə bölünməsi təkcə yaşla bağlı olan bir şey deyil. Həyat tərzi – stress və əsəb, düzgün qidalanmama, oturaq həyat tərzi də hüceyrə funksionallığına və biləvasitə qocalmağa təsirini göstərir. Bu səsəbdən, biorevitalizasiyadan qocalmanın qarşısını almaqda və bərpa etməkdə istifadə edirər. Məsləhətlisi budur ki, 35 yaşdan sonra həyat tərzinizi yaxşıya doğru dəyişsəni belə, biorevitalizasiyadan istifadə edəsiniz. 

Biorevitalizasiyanı Nə Vaxt Tətbiq Etmək Lazımdır?

biorevitalizasiya

Biorevitalizasiyanın tətbiqi üçün əsas səbəblərdən biri qırışlardır. Qialuron turşusu anadangəlmə hüceyrədə olur. Lakin, yaşlanma, stress və zərərli vərdişlər bu turşunun azalmasına gətirib çıxarır. Buna görə də, qırışlar üçün biorevitalizasiyanın böyük rolu var. Kosmetoloq qialuron turşusunu dəri altına yeritməklə hüceyrə bərpasını təmin edir.

Yaş ötdükcə dərimiz quruyur, elastikliyini itirir və buna görə də qırışlar yaranmağa başlayır. Bunun qarşısını almaq biorevitalizasiyanın tətbiqi üçün əsas səbəblərdən biridir. Dəri quruluğunun qarşısını almaq üçün qialuron turşusu yeridilir. Bu turşu, dərinin nəmləndirilməsində böyük rol oynayır. 

Yetəri qədər məlumat olmadığından və bazarda bir çox təcrübəsiz kosmetoloji müəssisələr olduğuna görə, dəridə zədələr yarana bilir. Məsələn, lazer epilyasiyası sonrası dəri yanması, kimyəvi pilinqin mütəxəssiz tərəfindən icra olunmaması, və ya plastik əməliyyatdan zonra yaranan ləkələr xoş olmayan görüntüyə səbəb olur. Biorevitalizasiya isə bu yanıqların və zədələrin bərpasında böyük rol oynayır. Zədəli dəridə hüceyrələr artıq ölü olduğundan, qialuron turşusu hüceyrə bölünməsini bərpa edib bölünmə prosesini sürətləndirməklə dəridə olan zədələri bərpa edir. Həmçinin, dərimiz ətraf mühitdən də zədələnə bilər. İstər yayda, istərsə də qışda dərimiz zərərli ultrabənövşəyi şüalara məruz qala bilir. Bu şüalar birbaşa hüceyrəyə zərər yetirir. Biorevilatizayi proseduru nəinki zədələnmiş hüceyrələrin bərpasında rol oynuyur, o, həm hə hüceyrələri və dərinizi zərərli ultrabəvövşəyi şüalardan qoruyur.

Bildiyimiz kimi yaş artıqca dərimizin nəmliyi azalir və yağlılıq dərəcəsi artır. Buna görə də, dərimizdə məsamələr genişlənir və piy vəziləri həddən artıq çox yağ ifraz edir. Biorevitalizasiyayla orta-dəri qatına yeridilən qialuron turşusu isə yağ ifrazını azaldır. 

Biorevitalizasiyanın Faydaları

Dəri növündən asılı olaraq biorevitalizasiyanın qalıcılıq müddəti dəyişir. 3-6 ay müddətində onun effektivliyi qalsa da, bu müddət bir neçə ilə qədər artırıla bilər. Bu müddət, şəxsin yaşından, qidalanmasından və həyat tərzindən də asılır. Başqa bir sözlə desək, bədəninizin qialuron turşusunu təmin etməsindən asılıdır. Biorevitalizasiyanın qalıcılıq müddəti ərzində dərinin elastikliyi artır, xırda qırışlar tamamilə yoxa çıxır və dəri hamarlaşır. Bundan əlavə, biorevitlizasiya qırışları yox etməkdən əlavə, onların yaranmasının da qarşısını alır. Biorevitalizasiyadan yararlanmaq üçün, yaş məhdudiyyəti minimum 25 kimi göstərilir. Hər bir halda, şəxsi kosmetoloqunuz ilə konsultasiyanız məsləhətlidir. 

Yaşlanmanın Qarşısını Alan Digər Üsullar 

Biorevitalizasiya qocalmanın qarşısını alan tək kosmetologiya metodu deyil. Tibb və texnologiyanın birlikdə inkişafının sayəsində, yaşlanma əleyhinə bir çox kosmetoloji xidmətlər yaranmışdır. Bunlara aşağıda qeyd olunanlar aiddir:

Üz Baxımı

biorevitalizasiya

Üz baxımı ümumilikdə dərinin qocalmasının qarşısını almaq üçün mütəmadi olaraq kosmetoloji prosedulardan ibarətdir. Buna pilinq, professional üz masajı, üz dərisinin qara nöqtələrdən təmizlənməsi, liftinq və b. aiddir. Üz baxımının digər prosedurlardan fərqi odur ki, bunun üçün heç bir yaş həddi yoxdur. Üz baxımı həm mövcud olan problemli dərini müalicə edir, həm də gələcəkdə ola biləcək problemlərinin qarşısını alır. Üz baxımına aid olan prosedurlar tamamilə ağrısız olur. Qalıcılıq müddəti isə dərinin növündən və həyat tərzindən asılı olaraq dəyişir. 

Pilinq

Pilinq də biorevitalizasiya kimi üz baxımının digər növlərindən biridir. Yaşımızdan asılı olmayaraq dərimizdə həmişə ölü hüceyrə olur. Həyatımızın bəzi dövrlərində, yaşadığımız stress və ya digər səbəblərə görə isə ölü hüceyrə sayı artır. Bu isə, bəzi zamaldarda özünü ləkələrdə, istənməyən sızanaqlarda, xırda qırışıqlıqlarda və başqa kiçik problemlərdə göstərir. Əgər biz bu kiçik problemlərə biganə yanaşsaq, onlar böyüyəcək və gələcəkdə dərin qırışıqlıqlarda, qalıcı ləkələrdə özünü biruzə verəcək. Pilinq bütün bu problemlərin həlli yollarından biridir. Pilinq, üzdə olan ölü hüceyrəli “köhnə” dəridən azad olmağa kömək edir. Pilinq dərinin piqmentasiyasını artırır və cavan və təravətli dəriyə malik olmağınıza kömək edir. Bu üsuldan yararlanmaq üçün heç bir yaş həddi yoxdur. Üstəlik də, pilinq tam ağrısız həyata keçirilir və əlavə mənfi təsiri yoxdur. 

Ulthera Smas Lifting

Ulthera Smas Liflinq üz baxımının daha bir növü olub, üz dərisinin cərrahiyəsiz dartınma prosesidir. Bu prosedur sadəcə bir saat ərzində davam edir və dəri anında hamarlaşır. Ulthera Smas Liflinq ilə siz göz və qaş ətrafında olan qırışıqlıqlardan asanlıqla azad ola bilərsiz. Bundan əlavə, bu prosedurdan üz konturunun korreksiyasında və liftinqində, yəni qaldırılmasında istifadə olunur. Həmçinin, Ulthera Smas Liftinq buxağın həcminin azaldılmasına da böyük kümək olur. Bu prosedur üçün yaş məhdudiyyəti qoyulmasa da, üz nayihəsində qırışıqlığı və böyük və sallaq buxağı olan hər kəs liftinq və korreksiyadan yararlana bilər. 

Mezoterapiya

Mezoterapiya ən az biorevitalizasiya kimi məşhur kosmetologiya sahələrindən biridir. Mezoterapiya ilə nəinki üz dərisini əvvəli kimi bərpa edilir, onunla sellülitlə müalicədə, saç əkimində, və dəri yağlanmasının müalicəsində istifadə olunur. Mezoterapiya mikro-iynələr vasitəsilə dərinin altına müxtəlif vitaminlər və müalicəvi qidalandırıcı maddələr yeritməklə dəri altı orqanizmin fəaliyyətini artırır. Beləliklə də, bu özünü saçların qidalanmasında və ya sellülitlə müalicədə göstərir. Üz mezoterapiyasından sonra dəri cavanlaşır və təravətli olur. Dəridə olan solğunluq, qırışıqlıq, və rəng piqmentasiyasını artırır. Kosmetoloqlar üz mezoterapiyası və ya digər növlər üçün yaş məhdudiyyəti qoymasa da, professional kosmetoloqlardan konsultasiya almağınız məsləhət görülür. 

RF Lifting

rf-liftinq

Hamar dəriyə sahib olmaq və cavan görünməyin digər asan üsullarından biri də RF Liftingdir. Bu üsulla dəridə olan qırışıqlıqlar aradan qalxır, və dəri sallanmaları yox edilir. RF Liftinq bədənə zərərsiz ultrasəs dalğaları əks olunmaqla həyata keçirilir. Bu prosedur 20-30 dəqiqə ərzində tam ağrısız həyata keçirilir. Dəri qırışıqlıqları və sallanmalarından əlavə, RF Liftinq sellüliti aradan qaldırmaq üçün də istifadə olunur.

Ən sonda… 

Kosmetologiya günü-gündən inkişaf edir, və bunun da sayəsində yeni kosmetoloji və estetik prosedurlar artır. Bütün yuxarıda qeyd olunmuş kosmetoloji proseslər – biorevitalizasiya, mezoterapiya və s. – xanımların və bəylərin problemli komplekslərdən azad olmasına kömək edir. Baxmayaraq ki günümüzdə kosmetoloji və estetik üsullarla yaşlanmanı ləngitmək və qarşısını almaq mümkündür, təkcə bu üsullar kifayət etmir. Siz gərək stressli həyat tərzindən uzaq durub, qidalanmanıza və idmanla məşğul olmağınıza fikir verəsiniz. Çünki, dəriyə və əsasən da xarici görünüşə qidalanma və fiziki aktivlik çox böyük təsir edir. Bir deyim var, “biz, nə yeyiriksə, oyuq.” Buna görə də həyat tərzinizin inkişafına vaxt ayrırın və mütəmadi olaraq kosmetoloq yanına gedin. Unutmayın ki, komplekslərdən azad olmağınız sizin ruhunuzun cavan qalmasına və əhval-ruhiyənizə müsbət təsir göstərir. 

Şərh yaz