Aleksandrit Lazer Haqqında Bilmədikləriniz

Demək olar ki, bütün xanımlar, hətta bəzən bəylər arzuolunmaz tüklərdən azad olunmaq istəyir. Lakin bu problemin öhdəsindən heç cür gələ bilmirlər. Təraş, cımbız və ya mum ilə tükləri yox etməyə çalışmaqdan bezirlər.Təbii ki, aleksandrit lazer olmadan buna asanlıqla nail olmaq mümkün deyil.Bunların heç biri dərinin tüksüz və hamar olmasına kömək etmir. Ona görə də bloqu oxumağınız tövsiyə olunur çünki, sizə çox faydası olacaq.

Bilirsiniz ki, müxtəlif gözəllik salonlarında bir-birindən fərqli elektron cihazlar quraşdırırlıb. Bu aparatların əsas funksiyası gözəlliyinizin və sağlamlığınızın qeydinə qalan peşəkar mütəxəssislərə yardım etmək, köməkçi rolunu oynamaqdır. Müxtəlif gözəllik mərkəzlərində müxtəlif lazer aparatları varkən necə düzgün seçim etmək olar? Bir çox seçimlər qarşısında qalmağınız sizi çaş-baş qoya bilər. Ona görə də hər hansı bir gözəllik mərkəzinə gedib tük məhvedici lazer aparatından yararlanmazdan əvvəl bu bloqa nəzər yetirməyiniz məsləhət görülür.

Aleksandrit Lazer üsulu ilə Epilyasiya

Lazer epilyasiya cihazları istənilməyən tükləri məhv edərkən həmin tüklərin kökünə qədər gedir və onları dibindən məhv edir. Nəticəsinin necə olacağı, tüklərdən nə qədər müddət azad olacağınız isə tüklərinizin qalınlığı, codluğu və dərinizin xüsusiyyətlərinə əsasən müəyyən edilir.

Əksəriyyətiniz aleksandrit lazer epilyasiya proseduru barədə az-çox məlumatlısınız. Lakin bir çoxunuz arzuolunmaz tüklərdən azad olunmaq üçün hansı gözəllik mərkəzinə necə müraciət edəcəyinizi bilmirsiniz. Əgər siz aleksandrit lazer epilyasiya cihazından istifadə etməyə ehtiyac duyursunuzsa, bu zaman estetika və gözəllik mərkəzinin xidmətlərindən yararlana bilərsiniz. Hər şeydən öncə siz peşəkar mütəxəssislər tapmalısınız. Onlar sizin həm sağlamlığınızın, həm də gözəlliiyinizin qeydinə qala biləcək və əllərindən gələn köməyi əsirgəməyəcəklər.

“Lazerlə epilyasiya xərçəngə səbəb olur” mifi  

Lazer epilyasiyası barədə müxəlif fikirlər dolaşır. Hətta, bəzi insanlar onun xərçəng yaratma riskinin olduğunu söyləyir. Lakin qeyd etmək istərdim ki, lazerin xərçəng xəstəliyi yaratma riski onun dozasindan asılıdır. Lazer epilyasiya proseduru xərçəng xəstəliyinə provokasiya tipli təsir edə bilər. Ancaq unutmaq olmaz ki, xərçəng xəstəliyi müxtəlif səbəblərdən yaranır. Bu, polietoloji xəstəlikdir. Xəstəliyin yaranmasına təkanverici səbəblər çirkli hava, pis qidalanma və digər amillər təsir edə bilər. Epliyasiyadan çıxan şüalar isə heç bir halda xəstəlik yaratmır. Onlar dalğavari hərəkət edir və əsas rolu tüklərin dibinə gedib onları məhv etməkdir. Onlar daxili orqanlara zərər verəcək dərəcədə şüalar buraxmır. Ona görə də sonsuzluq və sair kimi problemlərlə üzləşməyəcəyinizə əmin olub, bikini bölgənizi də arzuolunmaz tüklərdən azad etmək üçün aleksandrit lazer aparatının xidmətlərindən faydalana bilərsiniz.

Aleksandrit Lazer 

aleksandrit lazer

Aleksandrit daşı haqqında bəziləriniz eşitmiş, bəziləriniz isə eşitməmiş ola bilərsiniz. Qeyd edim ki, aleksandrit daşı çox gözəl daşlardan biri olub bəzək üçün də istifadə olunur. Qadınlar üçün zinyət əşyalarının hazırlanmasında böyük rol oynayır. Bəs siz aleksandrit daşının kosmetik lazerin tərkibinə daxil olduğunu bilirdinizmi? Texniki dediyimiz aleksandritlər lazer epilyasiya aparatında istifadə olunur və arzuolunmaz tüklərdən azad olunmağa kömək edir. Nəzərinizə çatdırmaq istərdim ki, Aleksandrit lazer dərinin böyük hissələrində yerləşən tüklərin məhv edilməsində çox effektivdir. Bu lazer proseduru ağrısız həyata keçirilir. Lakin aleksandrit lazerdən istifadə etməzdən əvvəl nəzərə alın ki, bu lazer aparatı tünd tüklər üçün nəzərdə tutulub. 

Bir çox lazer epilyasiya cihazları üçün ən rahat və uyğun tük rəngi açıq rəng hesab olunur. Halbuki, tünd tük rəngi olan gözəl xanımların və yaraşıqlı bəylərin çox olduğunu nəzərə alaraq mütəxəssislər, həm də gözəllik mərkəzləri aleksandrit lazer aparatından istifadə etməyinizi tövsiyə edir. Bununla bərabər xanımlar mezoterapiya kimi xidmətlərdən istifadə etməklə daha yaxşı nəticəyə sahib ola bilərlər. 

Dəridə yerləşən tüklərdən qurtulmaq üçün Aleksandrit lazer sizə kömək edə bilər. İlkin prosedurlarda xoşagəlməz tüklərdən bir və ya iki ay qurtulmaq mümkündür. Proseduru dəfələrlə etdikcə tüklərdən uzun sürən bir müddət ərzində qurtula bilərsiniz. Unutmayin ki, hətta lipuçka ilə də tüklərdən birdəfəlik tam olaraq qurtulmaq mümkün deyil. Aleksandrit lazer cihazı sizə onlardan bir neçə müddət ərzində həm qurtulmağa, həm də cibinizə qənaət etməyə kömək edəcək. Həmçinin, dəriniz çox təmiz və hamar qalacaq.

Tük rəngi

Dəridəki tüklərin tünd və ya açıq rəngdə olmasının miqdarı tük piqmenti melanin ilə əlaqədardır. Əgər tükdə melanin tərkibi çoxdursa o zaman tük tünd, yoxdursa bu zaman ağ və ya azdırsa sarı rəngdə olur. Ona görə yadda saxlayın ki, aleksandrit lazer yalnız tünd rəngli tükləri məhv edir, digər növlərini sadaladığımız tüklər üçün effektli olmaya bilər. Aleksandrit epilyasiya aparatının əsas funksiyası birbaşa melaninə, tükdə olan tünd rəngli piqmentə təsir etməkdir. Nəticə etibarilə bu tünd tüklərin reproduktiv fəaliyyəti məhv olur və siz arzuolunmaz tüklərdən azad olursunuz.

Proseurdan əvvəl 

Aleksandrit lazerlə epliyasiya etməzdən əvvəl müəyyən məqamlara diqqət yetirməyiniz sizin sağlamlığınız həmçinin, gözəlliyiniz üçün əhəmiyyətli olardı. İlk öncə peşəkar həkim sizə hansı lazer prosedurundan yararlanmağınızın mümkünlüyü barədə məlumatlandırmalı və lazımi tövsiyələr verməlidir. Bunun üçün araşdırma etməli, güvənə biləcəyiniz mərkəzi tapmalısınız. Bu yolla işinə məsuliyyətlə yanaşan bir mütəxəssis tapa biləcəksiniz hansı ki, sizə özəl olaraq yanaşıb bütün narahat edən məsələlərinizlə maraqlanacaq.

Quruluşu və prosedur 

 Hal-hazırda texnika sahəsində əldə edilən nəaliyyətlərin sayəsində aleksandrit lazer aparatları da təkmilləşib və yenilənib. Ağrıya həssas, tünd tüklü dəriyə malik birisinizsə rahat şəkildə bu aparatdan yararlana bilərsiniz. Aleksandrit lazer aparatında soyudulma sistemi quraşdırırlıb.Temperaturu lazimı dərəcədə tənzimləmək mümkündür. Bu yolla siz prosedur zamanı ağrı hiss etməyəcəyinizə əmin ola bilərsiniz.

İstifadə olunacaq lazer avadanlığı dərinizin və tüklərinizin rəngini nəzərə alaraq təmzinlənməlidir. Bundan əlavə, tüklərinizin qalınlığı, dəridə yerləşdiyi yerlər də diqqətdən yayınmamalıdır. Prosedura başlamazdan əvvəl siz və mütəxəssisiniz gözqoruyucu eynək geyinməlisiniz ki, qəbul edilən şüalar gözə təsir etməsin. Aleksandrit lazer cihazından istifadə etməzdən öncə dəriyə gel sürtmək və yaxud xüsusi soyutma cihazı ilə qorumaq lazımdır.

Prosedur zamanı həkim doğru parametrlərdən istifadə etdiyinə əmin olmalıdır. Dərinin qıcıqlanıb qıcıqlanmadığını müəyyən etmək üçün aleksandrit lazer aparatının tətbiq edildiyi bölgə müşahidə edilməlidir. Bir prosedur təxminən 10-30 dəqiqə arası çəkir. Bunun sayəsində xoşagəlməz tüklər bir və ya iki aylıq məhv edilir. Prosedurun nəticəsini isə iki-üç həftə sonra aydın şəkildə müşahidə edə bilərsiniz. Lazer epilyasiyası zamanı passiv formada inkişaf edib yeni çıxmış tüklər daha gec zaman ərzində uzanmağa meyilli olurlar. Bu tipdən olan tüklər hətta nazikləşməyə doğru gedir. Uzun müddət ərzində arzuolunmaz tüklərdən azad olunmaq istədiyiniz halda bu proseduru təxminən beş-altı dəfə etməyə ehtiyac var. İlk prosedurdan bir-iki ay sonra yatmış fazada olan tüklər artıq uzanmağa doğru gedəcək.

Prosedurdan sonra 

lazer epilyasiya

Aleksandrit lazer aparatının köməyindən yararlandıqdan sonra dəriyə xüsusi qulluq etmək lazımdır. Prosedurdan sonra dəridə zəif dərəcədə yanıq izləri ola bilər. Bu yanıqlar günəş vannası qəbul etdiyiniz zaman yaranan yanıqlara bənzəyir. Dəri rəngi tünd olan müştərilərdə isə qovuqlar ola bilər ki, bu da tez-tez rast gəlinən hal deyil. Digər əks təsirlər qızartı, şişkinlik ola bilər ki, bunlar da nadir hallarda olur. Bu kimi halları aradan qaldırmaq üçün lazer aparatı mütəxəssisinin məsləhət gördüyü krem, gel və digər vasitələrdən istifadə etmək lazımdır. Dərinizin rənginin müvəqqəti dəyişməsinə yol verməmək üçün növbəti aylar ərzində günəş qoruyucu kremlərdən istifadə etməyiniz məsləhət görülür.

Xəbərdarlıq

1.Aleksandrit lazer aparatından istifadə etməzdən iki həftə əvvəl və istifadə etdikdən iki həftə sonra günəş vannası qəbul etmək olmaz.

2.Sauna, hamam və isti vannalardan 1 həftə istifadə edilməməlidir.

3.Kosmetik vasitələrdən istifadə etməkdən imtina edilməlidir.

4.İdman zalına getmək, intensiv idmanla məşğul olmaq olmaz.

5.Həkim məsləhəti olmadan müxtəlif kremlərdən istifadə etmək olmaz.

Əks halda dərinizdə piqmentasiyanın yaranması qaçılmaz hal ola bilər. Həmçinin, dərinizdə bakteriyaların sayı çoxala bilər. Bu da, nəticədə bir çox dəri xəstəliklərinin yaranmasına səbəb ola bilər. Məsələn, dəmrov digər adı herpes, pyoderma və digər xəstəliklər.

Son olaraq 

Son olaraq demək istərdim ki, tünd rəngli tüklərdən azad olunmanının etibarlı vasitəsi Aleksandrit lazer cihazıdır. Effektiv təsir göstərmək qabiliyyəti olan Aleksandrit lazer aparatı sizi bütün arzu olunmaz tüklərdən azad edəcək, xalların götürülməsi  qədər faydalı olacaq. Lazer prosedurun effekti keçdikdən sonra tükləriniz nazikləşəcək.Yaxşi nəticələr əldə etmək üçün, hər hansı bir prosedurdan istifadə etməzdən əvvəl onun haqqında müxtəlif bloqlarda yazılmış maarifləndirici məlumatları əldə edin ki, peşman olmayasınız. 

Şərh yaz